Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Emin Hüseynov Azərbaycan hökumətini Avropa Məhkəməsinə verib

 

Hüquq müdafiəçisi Emin Hüseynov onu vətəndaşlıqdan məhrum edən Azərbaycan hakimiyyətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.

Hazırda İsveçrədə mühacirətdə olan Hüseynov həbs ediləcəyindən ehtiyatlanaraq, 10 ay İsveçrənin Bakıdakı səfirliyində gizlənib.

İsveçrə XİN ilə uzunmüddətli danışıqlardan sonra Bakı Hüseynovun İsveçrə XİN rəhbəri Didye Burhalterlə birlikdə ölkədən getməsinə razılıq verib.

Ölkəni tərk etməzdən əvvəl Hüseynovdan Azərbaycan vətəndaşlığından imtina etməyi tələb ediblər. Hüseynov öz şikayətində qeyd edib ki, bunu öz iradəsi ilə deyil, məcburiyyət qarşısında edib.

Bu, Avropa İnsan Hüquqları Konvensiyasının maddəsinin pozuntusudur.

"Məni vətəndaşlıqdan məhrum edən Azərbaycan hökuməti jurnalist kimi işləməyimə, ölkədəki siyasi hadisələr haqqında məlumat yaymağıma və insan hüquqları haqqında danışmağıma mane olmaq niyyətindədir”, deyə Hüseynov bildirib.

Avropa Məhkəməsində Hüseynovun hüquqlarını Açıq Cəmiyyət Təşəbbüsünün – Açıq Cəmiyyət Fondunun bir qolunun hüquqşünasları müdafiə edir.

.

www.contact.az

.

Maybe you are interested in:

HRW: Hökumətin hüquq müdafiəçilərinə qarşı misli görünməmiş repressiyaları

Avropa Şurasının baş katibi Azərbaycan üzrə araşdırmaya başlayır

Emin Hüseynovun İsveçrəyə getməsinə icazə verilib

Aqramunt niyə ölkəmizə gəlir?

Amnesty İnternational İlqar Məmmədovun dərhal azad edilməsini tələb edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz