Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Aqramunt niyə ölkəmizə gəlir?

 

AŞPA üzvü, İspaniyalı deputat Pedro Aqramunt aprelin 8-9-da Bakıya səfər edəcək, xəbəri Avropa Şurasının mətbuat xidməti yayıb. Onun missiyasının məqsədi AŞPA komitəsi üçün "Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət üzrə hansı tədbirlər görülüb?” mövzusunda hüquq məsələləri və insan hüquqları üzrə məruzə hazırlamaqdır.

Səfər proqramına Aqramuntun ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri və bir sıra digər hakimlərlə görüşləri daxildir. Bundan başqa, Aqramunt insan hüquqları üzrə İşçi Qrupla, habelə Prezident Administrasiyasının rəhbəri ilə görüşəcək.

Məruzə hazırlanmasını Aqramunta AŞPA komitəsi hələ 2014-cü ilin iyun ayında, yerli fəalların siyasi məhbuslar problemləri ilə bağlı müraciətindən sonra tapşırıb. Bu, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyinin başlanğıcı ilə eyni vaxta təsadüf edib.

Azərbaycanın sədrliyi dövründə vəziyyət nəinki yaxşılaşmayıb, əksinə, pisləşib: Avropa Şurasına siyasi məhbuslar problemi haqqında məlumat verən hüquq müdafiəçilərinin – İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunusun həbsləri davam edib. Daha bir hüquq müdafiəçisi Emin Hüseynov əsassız cinayət təqibindən xilas olmaq üçün İsveçrə səfirliyində gizlənmək məcburiyyətindədir.

2014-cü ilin sonlarında həbs edilmiş hüquq müdafiəçilərinin işini davam etdirən jurnalist Xədicə İsmayılova da həbs edilib.

Həmin vaxt Aqramunt susurdu və bir dəfə də Azərbaycana gəlməyib. Yalnız martda o, AŞPA Monitorinq Komitəsinin digər həmməruzəçisi, Polşalı həmkarı Tadeuş İvinski ilə birlikdə Azərbaycana səfər edib.

Bu zaman onlar ictimai bəyanatlarda uzaq durublar və mətbuat konfransı keçirməyiblər.

Aqramunt yerli vətəndaş cəmiyyətli fəalları arasında AŞPA-da "Azərbaycan hakimiyyətinin lobbiçisi” kimi tanınır. O, 2013-cü ilin yanvar ayında Kriştof Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsinin qəbul edilməsinə fəal etiraz edənlərdən olub. Bu hesabatın uğursuzluğundan dərhal sonra Azərbaycanda fəalların, jurnalistlərin və blogerlərin yeni həbs dalğası başlayıb.

.

contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

AŞPA prezidenti 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədova baş çəkib

Avropa Şurası Nazirlər Komitəsinin məruzəçiləri Bakıda səfərdədirlər

Aqramuntun Azərbaycanda insan hüquqları haqqında məruzə hazırlaması yenidən təxirə salınıb

AŞPA Monitorinq Komitəsi məruzəçilərinin səfəri

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz