Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Aqramuntun Azərbaycanda insan hüquqları haqqında məruzə hazırlaması yenidən təxirə salınıb

 

AŞPA üzvü, ispaniyalı deputat Pedro Aqramun Bakıya aprelin 8-9-da nəzərdə tutulan səfərini ləğv edib.

Səfər "gözlənilməyən hallarla” əlaqədar təxirə salınıb, deyə Avropa Şurasının Twitter-dəki rəsmi səhifəsində yerləşdirilmiş məlumatda bildirilir.

Aqramuntun missiyası AŞPA-nın hüquq məsələləri və insan hüquqları üzrə komitəsi üçün "Azırbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət sahəsində hansı tədbirlər görülüb?” mövzusunda məruzə hazırlaması ilə əlaqədar planlaşdırılırdı.

AŞPA komitəsi Aqramunta məruzə hazırlamağı hələ 2014-cü ilin iyununda, yerli fəalların siyasi məhbuslar problemi ilə bağlı çoxsaylı müraciətlərindən sonra tapşırmışdı.

Bu, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyinin başlanğıcı ilə eyni vaxta təsadüf edib.

Azərbaycanın sədrliyi dövründə vəziyyət nəinki yaxşılaşmayıb, əksinə, pisləşib: Avropa Şurasına siyasi məhbuslar problemi haqqında məlumat verən hüquq müdafiəçilərinin həbsləri davam edib.

Bütün bu müddət ərzində Aqramunt susurdu və bir dəfə də Azərbaycana gəlməyib. Yalnız martda o, AŞPA Monitorinq Komitəsinin digər həmməruzəçisi, Polşalı həmkarı Tadeuş İvinski ilə birlikdə Azərbaycana qısa səfər edib.

Bu zaman hər iki məruzəçi ictimai bəyanatlardan uzaq durublar və mətbuat konfransı keçirməyiblər.

.

contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

Avropa Şurası insan hüquqları üzrə Azərbaycanla birgə işçi qrupdan çıxıb

Avropa Şurası Nazirlər Komitəsinin məruzəçiləri Bakıda səfərdədirlər

Aqramunt niyə ölkəmizə gəlir?

AŞPA Monitorinq Komitəsi məruzəçilərinin səfəri

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz