Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Avropa Şurası Nazirlər Komitəsinin məruzəçiləri Bakıda səfərdədirlər

 

Avropa Şurası Nazirlər Komitəsinin demokratiya məsələləri üzrə bir qrup məruzəçisi Bakıya gəlib və bu gün Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüş keçirib.

Milli Məclisdə görüş zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qonaqları inandırıb ki, Azərbaycanda güclü inkişaf, sabitlik müşahidə olunur və ölkə doğru yoldadır.

O, həmçinin bildirib ki, Azərbaycan Avropa Şurasının qarşısına qoyduğu bütün məsələlərə "həssaslıqla və vaxtlı-vaxtında” reaksiya verir və onları yerinə yetirməyə, ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırmağa çalışır.

Avropa Şurasının nümayəndə heyətinin rəhbəri Aleksandr Gessel deyib ki, Avropa Şurası Azərbaycandakı prosesləri diqqətlə izləyir və səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirəcək. Bu barədə rəsmi məlumatda deyilir.

Nümayəndə heyəti həmçinin Ədliyyə Nazirliyində görüş keçirib, burada Aİ və Azərbaycan arasında 2014-2016-cı illər üçün Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

* Bu plan hələ 2014-cü ilin mayında baş katib Tornborn Yaqlandın Bakıya səfəri zamanı imzalanıb və bu, həmin vaxt başlayan Azərbaycanın AŞ Nazirlər Komitəsinə 6 aylıq sədrliyi ilə eyni vaxta təsadüf edib.

Lakin bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, planın həyata keçirilməsi üzrə, demək olar ki,  heç bir real addım atılmayıb.

Bundan başqa, Azərbaycanda Avropa qurumları ilə əməkdaşlığın tərəfdarı olan QHT-lər və fəallar təqiblərə məruz qalıblar.

Bu zaman hökumət müəssisələri və AŞ qurumları arasında əməkdaşlıq minimuma endirilib və rəsmi Bakı AİHM-nin qərarlarına və AŞ baş katibinin və AŞPA prezidentinin məşhur fəalların, xüsusən ReAl hərəkatının lideri İlqar Məmmədovun azad edilməsi çağırışlarına açıq-aşkar məhəl qoymamağa başlayıb. 

.

contact.az

.

Maybe you are interested in:

Bakı Avropa Komissiyasının nümayəndə heyətini qəbul etməyəcək

İşgəncələrə Qarşı Komitənin nümayəndələri yenidən Azərbaycana gəlir

Avropa Şurasının nümayəndələri Bakıda siyasi məhbuslar problemini müzakirə ediblər

AŞPA Monitorinq Komitəsi məruzəçilərinin səfəri

FLMMM Avropa Parlamentində

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz