FLMMM Avropa Parlamentində
Ləzgi müxtariyyətin Brüseldə yeni mövsümü
Noyabr ayında FLMMM-in nümayəndə heyəti Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının və Avropa Parlamentinin deputatalarının dəvəti ilə milli azlıqların hüquqlarının müdafiəsi üzrə yeni seçilmiş Avropa Parlamentinin üzvləri ilə gələcək birgə fəaliyyətini müzakirə etmək üçün və yeni əlaqələri qurmaq üçün Brüselə getdi.
Brüseldə olduğu müddətdə FLMMM-in nümayəndə heyəti milli azlıqların hüquqlarının qorunması mövzusu ilə əlaqədar Avropa Birliyi, Avropa Parlamenti və müxtəlif komitətlərinin millət vəkilləri və nümayəndələri ilə bir sıra görüşlər keçirib. FLMMM-in nümayəndə heyəti millət vəkillərə milli azlıqların vəziyyəti, və əsasən bölünmüş ləzgi xalqın vəziyyəti haqqında ətraflı məlumat verdi.
Millət vəkilləri ilə görüş FLMMM-in nümayəndə heyətinə milli azlıqlarla bağlı məsələlərin cari dünya vəziyyətində müvafiq olduğunu göstərdi. Bundan əlavə, aprel ayında Avropa Parlamentində fəaliyyət göstərən milli azlıqlar, cəmiyyətlər və dillər üzrə iş qrupu Avropa İttifaqında milli azlıqların və onların dillərinin qorunması üçün Strasburq manifesti təsdiq etmişdir.
Vəkillər ilə söhbətdən əlavə FLMMM-in nümayəndə heyəti Avropa İttifaqı çərçivəsində Xarici İşlər Nazirliyinin analoqu olan Xarici Əlaqələr üzrə Avropa xidmətinin bir qrup ekspert və işçiləri ilə, və milli azlıqların problemləri ilə məşğul olan Avropa Parlamentinin katibliyinin rəsmi şəxsləri ilə bir araya gəldi.
Daha sonra FLMMM-in nümayəndələri Avropa Parlamentinin Şərq tərəfdaşlığı və xarici əlaqələr Komitəsinin nümayəndələri ilə görüşdülər.
Bütün görüş iştirakçıları FLMMM ilə əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirdilər və FLMMM-ın milli azlıqların problemlırin sülh yolu ilə həll olunmasına yönəlmiş fəaliyyətində dəstək olacaqlarını bildirdilər.
Lakin milli azlıqların hüquqlarının müdafiə işi heç bir zaman rahat və sürətli olmayıb. Ona görə də qabağda FLMMM-in uzun və əziyyətli iş var. Əsas düzgün istiqamətdə hərəkət etməkdir.
.
Maybe you are interested in:
BMT-də Ləzgi probləmin müzakirəsi
FLMMM ləzgi dilini qoruyur
ATƏT-da FLMMM-in səsi