Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AŞPA Monitorinq Komitəsi məruzəçilərinin səfəri

 

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeuş İvinski (Polşa) martın 2-3-də Bakıya səfər edəcəklər.

Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsinin qiymətləndirilməsidir.

Səfər proqramında Azərbaycan prezidenti, PA rəhbəri, parlament spikeri, baş prokuror, MSK sədri, ədliyyə naziri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşlər var.

Həmçinin, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların Bakıdakı nümayəndələri ilə görüşlər nəzərdə tutulur.

 Bundan başqa, Aqramunt və İvinski siyasi məhbuslara baş çəkmək və onların vəkilləri ilə görüşmək niyyətindədirlər, deyə AŞ-ın mətbuat xidmətindən qeyd ediblər.

Aqramunt konfomist mövqeyi ilə əlaqədar Azərbaycan vətəndaş cəmiyyəti arasında etimad sahibi deyil. AŞPA-nın iyun sessiyasında ona Azərbaycanda siyasi məhbuslar üzrə məruzə hazırlamaq tapşırılıb, amma o, yenə Azərbaycana gəlməyib.

İvinski məruzəçi vəzifəsində digər həmməruzəçi – Maltalı Qrexi əvəz edib.

Polşa parlamentarisi 2010-cu il parlament seçkilərində seçkiləri tənqid edən ATƏT DTİHB missiyasından fərqli olaraq, seçkilərə kifayət qədər yumşaq qiymət verən AŞPA müşahidə missiyasının üzvü olub. 

.

contact.az

.

Maybe you are interested in:

AŞPA prezidenti hüquq müdafiəçiləri və media rəhbərləri ilə görüşüb

Avropa Şurası Nazirlər Komitəsinin məruzəçiləri Bakıda səfərdədirlər

Aqramuntun Azərbaycanda insan hüquqları haqqında məruzə hazırlaması yenidən təxirə salınıb

Aqramunt niyə ölkəmizə gəlir?

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz