Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Emin Hüseynovun İsveçrəyə getməsinə icazə verilib

 

 Jurnalist və hüquq müdafiəçisi Emin Hüseynov şənbə gününə keçən gecə İsveçrənin Bakıdakı səfirliyini və Azərbaycanı tərk edə bilib. İsveçrənin Zurder Zeitung qəzetinin məlumatına görə, E.Hüseynov Bakıdan xarici işlər naziri Didye Burkhalterin müşayiətilə çıxıb, bu ölkənin XİN-i bildirib.

Mənbənin məlumatına görə, D.Burkhalter Avropa Oyunlarının açılış mərasiminə yalnız bu şərtlə gəlib.

Xatırladaq ki, E.Hüseynov 10 aydır ki, İsveçrə səfirliyində gizlənmişdi. Belə ki, hakimiyyət ona qarşı cinayət işi qaldırıb və həbs etmək istəyirdi.

Onlarla digər hüquq müdafiəçisi kimi ona qarşı dələduzluq, vergidən yayınma və s. ittihamlar irəli sürülüb.

Diplomatik mənbələrə görə, E.Hüseynovun azadlığa buraxılmasından öncə Azərbaycan hakimiyyəti ilə uzun danışıqlar aparılıb, dəqiq deəsk, Burkhalter prezident İlham Əliyevlə şəxsi danışıqlar aparıb.

Hazırda E.Hüseynova sentyabra qədər viza verilib. Bundan sonra o, sığınacaq istəyib-istəməmək məsələsini özü həll edəcək. Bu barədə İsveçrə hakimiyyətinin nümayəndəsi bildirib.

E. Hüseynov Avropa Oyunları ərəfəsində beynəlxalq təşkilatlar  tərəfindən azad olunması  tələb edilən vətəndaş cəmiyyəti fəallarından biridir.

.

contact.az

.

Maybe you are interested in:

Emin Hüseynov Azərbaycan hökumətini Avropa Məhkəməsinə verib

Dövlət Departamenti Emin Hüseynovun azad edilməsini alqışlayır və bunu siyasi məhbuslar üçün də istəyir

Avropa Məhkəməsi İntiqam Əliyevin işi ilə bağlı kommunikasiyaya başlayıb

«Emin Hüseynov səfirliyə girmək üçün saçını rənglədi»

Rəsul Cəfərova qarşı daha ağır ittihamlar irəli sürülüb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz