Jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub
Jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub. Bu barədə AzadlıqRadiosuna özü məlumat verib. Bildirdiyinə görə, o, oktyabrın 12-də "Forum 2000” konfransında iştirak üçün Praqaya yola düşəcəkmiş.
"Sərhəddə parportumu təqdim etdim. Mənə bildirdilər ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub.”
Xədicə İsmayıl qadağanın səbəbindən xəbərsiz olduğunu dedi:
"Mən bilmirəm prokuroluğun mənimlə nə işi ola bilər. Səhər Baş Prokurorluğa məktub yazacam, səbəbini öyrənmək istəyəcəm. Görək bizi hansı sürprizlər gözləyir”- deyə o əlavə edib.
"Forum 2000" konfransı 1997-ci ildən bəri hər ilin sentyabr və ya oktyabr aylarında Çexiyanın paytaxtı Praqada keçirilir.
.
Maybe you are interested in:
RATİ Xədicə İsmayılovaya qarşı təzyiqi pisləyib