Federal lәzgi
milli-mәdәni muxtariyyәti

RATİ Xədicə İsmayılovaya qarşı təzyiqi pisləyib

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) araşdırmaçı-jurnalist Xədicə İsmayılovaya qarşı yeni təzyiq kampaniyasını qətiyyətlə pisləyib.

Oktyabrın 12-də İsmayılova Praqada keçiriləcək "Forum 2000” konfransında iştirak üçün ölkəni tərk etməsinə icazə verməyiblər, bir müddət əvvəl isə ona qarşı böhtan ittihamı ilə iddia irəli sürülüb. İndi o, həbs təhlükəsi ilə üz-üzədir.

RATİ hesab edir ki, İsmayılovanın ölkədən çıxışına qanunsuz əsaslarla qadağa qoyulması jurnalistin peşə fəaliyyətinə maneə və Azərbaycanın 2002-ci ildə ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş hərəkət azadlığı hüququnun kobud pozuntusudur.

Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi bir dövrdə jurnalistə qarşı diffamasiya maddələri üzrə məhkəmə işinin açılması hökumətin Avropa Şurasına daxil olarkən diffamasiya maddələrini Cinayət Məcəlləsindən çıxarmaqla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmədiyini bir daha göstərir.   

RATİ hesab edir ki, İsmayılovanın hədəfdə olmasına səbəb  Prezident İlham Əliyevin ailəsinin korrupsiya əməlləri barədə araşdırmalar aparması, rəsmi səviyyədə şəffaflığın təmin olunması üçün göstərdiyi qətiyyətli fəaliyyəti, beynəlxalq aləmdə Azərbaycanda olan insan hüquqlarının, xüsusilə ifadə azadlığının durumu barədə informasiya bölüşməsidir. 

RATİ həmçinin qeyd edir ki, Azərbaycan hakimiyyəti son iki ayda insan hüquqları sahəsində misli görünməmiş qanunsuzluqlara yol verib. Hazırda 10-dan çox bloger və jurnalistin həbsdə olması, hüquq müdafiəçilərinin həbsi, media azadlığını müdafiə təşkilatların bağlanması hökumətin insan hüquqları sahəsində həyata keçirdiyi repressiv siyasətinin bariz göstəriciləridir.

RATİ Konstitusiya ilə vətəndaşların hüquqlarının təminatçısı olan ölkə prezidentini ifadə azadlığına edilən basqıları aradan qaldırmaq və diffamasiya haqqında qanunun qəbul edilməsi üçün konkret addımlar atmağa çağırır.

RATİ beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə azadlığı bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə, diffamasiya haqqında qanunun qəbulunun tələb edilməsinə çağırır. 


.

contact.az

.

Maybe you are interested in:

Avropa QHT koalisiyası Azərbaycanda repressiyaları pisləyir

Beynəlxalq təşkilatlar Xədicə İsmayılın müdafiəsinə qalxdı

IGPA: Xədicə İsmayılovaya qarşı təqiblərə son qoyulsun

RATİ Xədicə İsmayılla bağlı bəyanat verdi

Jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz