Avropa QHT koalisiyası Azərbaycanda repressiyaları pisləyir
Avropa ölkələrində onlarla QHT-ni birləşdirən Demokratik Seçkilər Uğrunda Avropa Platforması (EPDE) bəyanatla çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı kütləvi repressiyaları pisləyib.
Bəyanatda qeyd olunur ki, bəzi Avropa ölkələrində azad və ədalətli seçkilərin keçirilməsi sahəsində tənəzzül müşahidə edilir və insan hüquqları kobud şəkildə pozulur, vətəndaş cəmiyyəti üzvləri öz vətəndaş mövqeyinə və hüquq-müdafiə fəaliyyətinə görə təqib olunur.
"Azərbaycanda ictimai və siyasi hüquqlar sistematik olaraq pozulur, demokratik fəallar, ictimai xadimlər və hüquq müdafiəçilərinə qaeşı siyasi motivli təqiblər həyata keçirilir, onlar uydurma ittihamlarla cinayət məsuliyyətinə cəlb olunurlar. Həbsdə olduqları müddətdə məhbusların hüquqları kobud şəkildə pozulur, onlara işgəncələr verilir, amansız rəftara məruz qalırlar.
EPDE qurumun Koordinasiya Şurasının üzvü, Seçkilərin Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli və onun müavini Bəşir Süleymanlının barəsində uydurma və qanunsuz hökmə qarşı etiraz edir.
Həmçinin repressiyalar, Azərbaycanın tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevin həbsi xüsusilə narahatlıq doğurur.
"Biz Azərbaycan hakimiyyətinin hərəkətlərini ölkədə prezident seçkilərinin nəticələrinin qiymətləndirilməsi üzrə düzgün, prinsipial, müstəqil təşkilat ilə haqq-hesab çəkmək kimi qiymətləndiririk.
EPDE Azərbaycan hakimiyyətindən bütün siyasi məhbusların azadlığa buraxılmasını və onların tam reabilitasiyasını tələb edir.
Biz vətəndaş cəmiyyətinə qarşı repressiyalara son qoyulması üçün Azərbaycan hökumətinə istənilən təzyiq formalarını davam etdirməyə çağırırıq”, - bəyanatda deyilir.
.
Maybe you are interested in:
Mujnieks Azərbaycanda demokratik perspektivlər görmür
Ann Brasser Azərbaycanda fəalların təqib edilməsini pisləyib