Federal lәzgi
milli-mәdәni muxtariyyәti

RATİ Xədicə İsmayılla bağlı bəyanat verdi

 

«Xədicə İsmayıl prezident ailəsi barədə araşdırmalarına görə hədəfdədir»

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu araşdırmaçı-jurnalist Xədicə İsmayıla qarşı təzyiq kampaniyasını pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, jurnalistin diffamasiya maddələri üzrə məhkəməyə verilməsi, hava limanında saxlanması onun həbs təhlükəsi ilə üzləşdiyinin göstəricisidir. 

RATİ hesab edir ki, Xədicə İsmayılın hədəfdə olmasına səbəb prezident İlham Əliyevin ailəsinin korrupsiya əməlləri barədə araşdırmalar aparmasıdır:

«Rəsmi səviyyədə şəffaflığın təmin olunması üçün göstərdiyi qətiyyətli fəaliyyəti, beynəlxalq aləmdə Azərbaycanda olan insan hüquqlarının, xüsusilə ifadə azadlığının durumu barədə informasiya bölüşməsi onun hədəfə çevrilməsinə səbəb olub».

Bəyanatda ölkədəki digər jurnalist və bloqqerlərə, hüquq müdafiəçilərinə qarşı aparılan  repressiv siyasətdən də söz açılır:

«RATİ  vətəndaşların hüquqlarının  təminatçısı olan ölkə prezidentini ifadə azadlığına edilən basqıları aradan qaldırmağa və diffamasiya haqqında qanunun qəbul edilməsi üçün konkret addımlar atmağa çağırır. Biz həmçinin beynəlxalq təşkilatları Azərbaycan hökumətinə qarşı daha sərt mövqe ortaya qoymağa və ifadə azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün hökumətə daha çox təzyiq göstərməyə çağırırıq».


.

azadliq.info

.

Maybe you are interested in:

Xədicə İsmayılova: “Azadlıq”ı dəstəkləyək!

Jurnalistləri Müdafiə Komitəsi Xədicə İsmayılovanın azad edilməsini tələb edie

Leyla Yunus və digər Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin

Beynəlxalq təşkilatlar Xədicə İsmayılın müdafiəsinə qalxdı

RATİ Xədicə İsmayılovaya qarşı təzyiqi pisləyib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz