Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Martın 11-də Arif və Leyla Yunusların apellyasiya şikayətinə baxılacaq

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçiləri Leyla və Arif Yunusların şikayəti üzrə ibtidai icls keçirilib. Belə ki, onların müalicə üçün Azərbaycandan çıxmasına qadağa qoyulub.

Xüsusi icazə üçün sorğu cütlüyün cinayət cəzasına məhkum olunması ilə əlaqədardır.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyul-avqust aylarında həbs olunublar. 2015-ci ildə əmlakları müsadirə olunmaqla 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Həbsdən sonra Apellyasiya Məhkəməsi A.Yunusun, sonradan isə L.Yunusun barəsində hökmü beş il müddətinə "şərti” cəza ilə əvəzləyib.

A.Yunus bir neçə dəfə hipertonik krizis keçirib. L.Yunus hepatit C, şəkər və həbsdən sonra kəskinləşmiş digər xəstəliklərdən əziyyət çəkir.

Lakin Yasamal Rayon Məhkəməsi onların ölkədən çıxışına icazə verməyib.

Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, martın 4-də iclas zamanı ərizəçilərin anket məlumatları yoxlanılıb, apellyasiya şikayətinin qanunauyğunluğu yoxlanılıb.

Məhkəmə şikayəti baxılmaq üçün qəbul edib və mahiyyəti üzr dinləmələri martın 11-nə təyin edib.

E.Sadıqovun sözlərinə görə, beynəlxalq ekspert L.Yunusun təcili əməliyyat edilməsi və

A.Yunusun stasionar müalicəsinin vacibliyi haqda rəy verib.

Ölkədən çıxışa qadağa qoyulması ağır xəstə ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (işgəncələrin qadağan edilməsi) pozulmasıdır.

"Ümid edirik ki, Apellyasiya Məhkəməsi onların şikayətini təmin edəcək”, - E.Sadıqov vurğulayıb.

.

www.contact.az

.

Maybe you are interested in:

OPHRD Leyla və Arif Yunusların xaricə müalicəyə getməsi üçün kampaniyaya başlayıb

Məhkəmə Leyla və Arif Yunusların müalicə üçün xaricə getməsinə icazə verməyib

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

Leyla Yunus azadlıqda

Leyla Yunusun əl ağacını alıblar

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz