Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

 

Hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı politoloq Arif Yunusun həbsdən azad edilməsi müsbət addımdır. Lakin bunun ardınca digər siyasi məhbuslar da azadlığa buraxılmalıdır. Bu, Yunuslar cütlüyünün həbs cəzasının şərti  olaraq dəyişdirilməsi barədə Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı beynəlxalq təşkilatların nümayəndələrinin bəyanatının əsasını təşkil edir.

Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini L.Yunusun azad edilməsini alqışlayıb.

F.Mogerininin mətbuat katibi Maya Kosijançiç bildirib ki, "bu, çoxdan arzu edilən müsbət humanitar jestdir”.

Onun bəyanatında bu cür addımların davamına ümid ifadə edilir, Aİ-nin Azərbaycanla münasibətləri genişləndirməyə hazır olduğu vurğulanır.

Avropa parlamentinin rəhbəri Martin Şults L.Yunusun azadlığa buraxılmasını məmnunluqla qarşılayıb.

"Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində Leyla Yunusun azad edilməsi Azərbaycanda və bütün dünyada hüquq müdafiəçiləri üçün yaxşı xəbərdir. Lakin qeyd etmək istəyirəm ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus şərti olaraq azad ediliblər. Avropa parlamenti onların üzərindən ittihamların götürülməsini və bəraət verilməsini xahiş edir”, - Şults vurğulayıb.

O, Azərbaycan hakimiyyətini "bu yolu davam etdirməyə və xoş məram  göstərərək digər vicdan məhbuslarını da azad etməyə çağırıb.

Avropa Şurasının baş katibi Torbörn Yaqland dekabrın 9-da bəyanatla çıxış edərək L.Yunusun buraxılmasını müsbət qiymətləndirib.

"Leyla Yunus həbsdən buraxıldıqdan sonra rahat oldum. Ümid edirəm ki, indi o, səhhətinin bərpası ilə məşğul ola bilər. Bu gün biz Azərbaycanda həbsdə olan digər hüquq müdafiəçilərini də düşünürük”, - bəyanatda qeyd olunur.

"Leyla Yunusun həbsdən azad edilməsi müsbət və humanitar jestdir. DTİHB insan hüquqlarının müzakirəsilə bağlı Azərbaycan hökumətilə əməli müzakirələri davam etdirməyə hazırdır”, - ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Maykl Corc Link bildirib.

AŞPA rəhbəri Ann Brasser, AFR XİN rəhbəri Frank Valter Ştaynmayer, ABŞ Konqresi Helsinki Komissiyasının rəhbəri Kristofer Smit də Leyla Yunusun azad edilməsini alqışlayıblar.

Leyla və Arif Yunuslar 2014-cü ilin yayında həbs olunublar. Bir ildən sonra onlar iqtisadi cinayətlər törətməkdə ittiham edilərək müvafiq olaraq 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Dekabrın 9-da Apellyasiya Məhkəməsi real həbs cəzası müddətini şərti cəza ilə əvəzləyib. 

.

www.contact.az

.

Maybe you are interested in:

Almaniya və Aİ Leyla Yunusun azad edilməsinə sevinir

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Con Kerri Arif Yunusun həbsdən azad edilməsini alqışlayır və digər siyasi mməhbusların azad edilməısini gözləyir

Arif Yunus: “Mən susmayacam”

ABŞ Dövlət Departamenti növbəti dəfə Leyla Yunusun azad olunmasına çağırıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz