Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”
Müdafiə tərəfi Arif Yunusun azad edilməsi barədə qərarı təqdir edir və Leyla Yunusla bağlı belə bir addımın atılmasına təkid edir. Bu barədə vəkil Ramiz Məmmədov jurnalistlərə bildirib.
O qeyd edib ki, A.Yunusun azad edilməsi arterial təzyiqinin 224/120 olması ilə əlaqədardır.
Leyla Yunusla bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib, onun vəziyyətinin çox pis olduğu qeyd edilib.Lakin L.Yunusun azadlığa buraxılması məqsədəuyğun hesab edilməyib. Bununla belə, vəkil L.Yunusun da azad oluncağına ümid etdiyini bildirib.
A.Yunus jurnalistlərə deyib ki, Leylanın buraxılmasını, özünün isə koloniyada qalaraq cəzasını çəkməsini təklif edib.
Lakin hakimiyyət hökmü qüvvədə saxlayaraq L.Yunusu qadın koloniyasına göndərmək istəyir.
"Hepatit C, diabet, göz xəstəliklərindən əziyyət çəkən, 6 dəfə əməliyyat keçirmiş qadını həbsdə saxlamaq onu ölümə məhkum etmək deməkdir”, - o qeyd edib.
A.Yunus deyib ki, 37 il L.Yunusla bərabər yaşayıb və heç zaman ona xəyanət etməz.
Xatırladaq ki, konfliktoloq A.Yunus 2014-cü il avqustun 14-də həyat yoldaşı, hüquq müdafiəçisi L.Yunusun həbsindən bir həftə sonra həbs olunub. Onlar dövlətə xəyanətdə və
iqtisadi cinayətlərdə ittiham olunurlar. Sonradan dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb və avqustda onlar iqtisadi cinayətlərə görə mühakimə ediliblər.
A.Yunus 7, L.Yunus 8,5 il azadlıqdan məhrum edilib.
.
Maybe you are interested in:
Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir
Leyla Yunusun vəziyyəti yenidən pisləşib
Arif Yunus: “Mən susmayacam”
Arif Yunusun həbs müddəti 5 ay uzadılıb
Leyla Yunus vəkilləri ilə görüşə gələ bilməyib