Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Arif Yunusun həbs müddəti 5 ay uzadılıb

 

Bu gün Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan konfliktoloq Arif Yunusun həbs müddətini  daha beş ay – 2015-ci il avqustun 5-dək uzadıb.

Bu barədə Turan-a vəkil Əfqan Məmmədov bildirib. O, məhkəmənin qərarını əsassız hesab edir. Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir. O həmçinin qeyd edib ki, A.Yunus ifadə verməkdən imtina edir.

A.Yunus 2014-cü il avqustun 5-də, hüquq müdafiəçisi, həyat yoldaşı Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar. Lakin Leyla və Arif Yunuslar  ittihamları rədd edərək onları uydurma və siyasi motivli hesab edirlər.

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı onları "vicdan məhbusları” kimi tanıyıb.

.

contact.az

.

Maybe you are interested in:

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Arif Yunus Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb

Transparency International Leyla və Arif Yunusların məhkəməsinin ədalətli keçirilməsinə çağırıb

Leyla və Arif Yunusların işi üzrə məhkəmə iclası iyulun 13-nə təyin edilib

Arif və Lüyla Yunuslara qarşı cinayət işi məhkməyə göndərilir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz