Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Leyla və Arif Yunusların işi üzrə məhkəmə iclası iyulun 13-nə təyin edilib

 

Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi-alim Arif Yunusun işi üzrə məhkəmə iclası iyulun 13-də saat 10:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində  Əfqan Hacıyevin sədrliyilə olacaq. Bu barədə Turan-a vəkil Elçin Qəmbərov bildirib.

Məhkəmə iqtisadi cinayətlərin törədilməsi ittihamı üzrə cinayət işinə baxacaq.

Xatırladaq ki, ibtidai istintaqın yekunlarına əsasən 274-cü maddə (dövlətə xəyanət) üzrə ittiham ayrıca icraata götürülüb.

Bununla əlaqədar A.Yunusun barəsində 178.3.2-ci maddə (küllü miqdarda ziyan vurmaqla dələduzluq), L.Yunusa qarşı isə  178.3.2 (küllu miqdarda dələduzluq), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödənişindən yayınma), 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması) ittihamları araşdırılacaq.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulun sonu-avqustun əvvəllərində həbs olunublar.

Onlar Amnesty İnternational tərəfindən "vicdan məhbusları” kimi tanınıblar.

.

contact.az

.

Maybe you are interested in:

Məhkəmə Leyla və Arif Yunusların müalicə üçün xaricə getməsinə icazə verməyib

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Leyla Yunusun əl ağacını alıblar

Transparency International Leyla və Arif Yunusların məhkəməsinin ədalətli keçirilməsinə çağırıb

Arif və Lüyla Yunuslara qarşı cinayət işi məhkməyə göndərilir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz