Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Arif və Lüyla Yunuslara qarşı cinayət işi məhkməyə göndərilir

 

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi- alim Arif Yunusun cinayət işinin istintaqı yekunlaşıb. İyulun 2-də ittiham olunanların və vəkillərin cinayət işinin materialları ilə tanış olması başa çatıb. Cinayət işi bu gün məhkəməyə göndəriləcək. Bu barədə Turan-a vəkil Əfqan Məmmədov bildirib.

Vəkilin sözlərinə görə, Arif Yunusa qarşı irəli sürülən Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham başqa icraata ayrılıb. Cinayət işi CM-in  178.3.2-ci maddəsi (dələduzluq) ilə məhkəməyə göndərilir.

"Cinayət işi ilə tanış olduqdan sonra bəraət barədə vəsatət qaldırdım, təmin etmədilər. Arif Yunus ittihamı qəbul etmir və gülünc sayır. O, ittihama qol çəkməyib və ifadə verməyib”, - vəkil qeyd edib.

Arif Yunus 2014-cü il avqustun 5-də həbs edilib. Ona qarşı CM-in 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Leyla Yunus isə 2014-ci il iyulun 30-da həbs edilib. Ona qarşı da eyni ittihamlar və bir sıra iqtisadi ittihamlar irəli sürülüb. Bu günlərdə Leyla Yunusun da ittihamlarından dövlətə xəyanət ittihamı başqa icraata ayrılıb.

.

contact.az

.

Maybe you are interested in:

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Arif Yunus Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb

Transparency International Leyla və Arif Yunusların məhkəməsinin ədalətli keçirilməsinə çağırıb

Leyla və Arif Yunusların işi üzrə məhkəmə iclası iyulun 13-nə təyin edilib

Arif Yunusun həbs müddəti 5 ay uzadılıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz