Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Arif Yunus Penitensiar Xidmətinin müalicə müəssisəsinə köçürülüb

 

Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan tarixçi alim Arif Yunusun səhhəti ağırlaşıb.

Vəkil Elçin Sadıqov "Amerikanın Səsi”nə deyib ki, Arif Yunus noyabrın 3-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

"O, 3-cü dərəcəli hipertoniya xəstəliyindən əziyyət çəkir. Almaniyalı həkimi Kristian Vittin tələbi ilə müalicə müəssisəsinə köçürülüb. Hazırda təzyiqi 200-dən aşağı enmir”, deyə o qeyd edib.

Arif Yunus 2014-cü il avqustun 5-də həbs edilib. Bundan öncə onun həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunus həbs edilib. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunublar. Sonradan onlara qarşı iqtisadi ittihamlar irəli sürülüb, dövlətə xəyanət ittihamı icraya yönəldilib.

Leyal Yunus 8,5, Arif Yunus 7 il həbsə məhkum edilib.

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı onları "vicdan məhbusları” kimi tanıyıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Leyla Yunusun əl ağacını alıblar

Leyla və Arif Yunusların işi üzrə məhkəmə iclası iyulun 13-nə təyin edilib

Arif və Lüyla Yunuslara qarşı cinayət işi məhkməyə göndərilir

Arif Yunusun həbs müddəti 5 ay uzadılıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz