Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Transparency International Leyla və Arif Yunusların məhkəməsinin ədalətli keçirilməsinə çağırıb

 

Korrupsiyaya qarşı qlobal koalisiya Transparency International Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə ədalətli və şəffaf məhkəmə prosesinin keçirilməsinə çağırıb.

"Leyla Yunusun məhkəməsinin onun hüquq-müdafiə fəaliyyəti ilə əlaqədar olması barədə narahatlıq var. L.Yunusun və onun həyat yoldaşının səhhətini nəzərə alaraq onlar məhkəmə müddətində həbsdə olmamaldırlar.

Hakimiyyət vətəndaşların hüquqlarına hörmətlə yanaşmalıdır”, - Transparency International-ın vitse-sədri Yelena Panfilova bildirib.

İbtidai məhkəmə iclası iyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

L.Yunus 2014-cü il iyulun 30-da, A.Yunus isə avqustun 5-də həbs olunub. Cütlük küllü miqdarda  dələduzluqda (178.3.2-ci maddə) ittiham olunurlar. Dələduzluq maddəsi ağır maddədir və onları 12 ilədək həbs təhlükəsi gözləyir.

Bundan əlavə, L.Yunus qanunsuz sahibkarlıq fəaliyyətində (192.2.2-ci maddə), vergi ödənişindən yayınma  (maddə 213.2.2), sənədlərin saxtalaşdırılmasında (320.1 və  320.2) ittiham olunur.

İbtidai istintaqın yekunlarına görə, hər ikisinə qarşı 274-cü maddə (dövlətə xəyanət) üzrə ittiham ayrıca icraata götürülüb.

  Amnesty İnternational Yunuslar cütlüyünü "vicdan məhbusu” kimi tanıyıb.

.

contact.az

.

Maybe you are interested in:

Leyla Yunus azadlıqda

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Leyla və Arif Yunusların işi üzrə məhkəmə iclası iyulun 13-nə təyin edilib

Arif və Lüyla Yunuslara qarşı cinayət işi məhkməyə göndərilir

Arif Yunusun həbs müddəti 5 ay uzadılıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz