Leyla Yunus azadlıqda
Bu gün Bakı Apellyasiya Məhkəməsi 8 və 7,5 il müddətinə azadlıqdan məhrum edilmiş Leyla və Arif Yunus barəsində hökmü yüngülləşdirib.
Apellyasiya Məhkəməsi real cəza müddətini 5 il sınaq müddəti ilə "şərti” cəza ilə əvəz edib. Bu zaman Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, onun həyat yoldaşı Arif Yunus noyabrın 12-dən azadlıqdadır, həmin tarixdə məhkəmə onun barəsində qətimkan tədbirini ölkəni tərk etməmək haqqında iltizamla dəyişdirib.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus 2014-cü ilin yayında həbs ediliblər və bu ilin avqustunda iqtisadi cinayətlər törətmək ittihamı ilə müvafiq olaraq 8 və 7,5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar "vicdan məhbusu” kimi tanınıb. ABŞ, Aİ, AŞ və ATƏT ölkələri, beynəlxalq hüquq müdafiə təşkilatları dəfələrlə Yunusları azad etməyə çağırıb.
.
Maybe you are interested in:
Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir
Arif Yunus: “Mən susmayacam”