Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Arif Yunus: “Mən susmayacam”

 

Ölkədən çıxmamaq barədə iltizamla həbsdən azad edilən Arif Yunus bildirib ki, həyat yoldaşı Leyla Yunusun azadlığa çıxması üçün mübarizəni davam etdirəcək.

"Mən susmayacam, Leyla azadlığa çıxana qədər mübarizə aparacam”, - A.Yunus həbsdən buraxıldıqdan sonra jurnalistlərə bildirib.

A.Yunus deyib ki, həyat yoldaşı təzyiq və işgəncələrə məruz qalır, buna görə də o, aclıq elan edib.

"Hətta Leylanı indi azad etsələr də onun səhhəti o qədər pozulub ki, bərpa üçün ən azı üç il lazımdır”, - A.Yunus vurğulayıb.

*   *   *

2015 Noyabr 12 (Cümə axşamı) 14:34:33

Bu gün Apellyasiya Məhkəməsinin iclasında tanınmış siyasi məhbuslardan biri -Arif Yunus həbsdən azad edilib. Həbs qətimkan tədbiri ölkədən  çıxmamaq barədə iltizamla əvəzlənib. Məhkəmənin qərarı onun vəziyyətinin pisləşməsilə bağlı Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin məktubuna əsaslanıb. Nazirlik uzun müddət Leyla və Arif Yunusların sağlıq durumuna nəzarət edən alman həkim Vittin rəyinə isnad edib.

A.Yunus məhkəmədə bildirib ki, noyabrın 6-dan aclıq elan edib və dərman qəbul etmir. O, öz etirazını xəstə həyat yoldaşı Leyla Yunusa lazımi tibbi yardımın göstərilməməsilə əsaslandırıb.

Prokuror bunun əleyhinə olub, lakin məhkəmə məşvərətdən sonra həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə təqdimatı təmin edib.

Bundan sonra iştirakçıları zaldan çıxarıblar. A.Yunus zaldan çıxmaqdan imtina edərək bildirib ki, yalnız həyat yoldaşı Leyla ilə birlikdə çıxacaq.

.

www.contact.az

.

Maybe you are interested in:

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

Leyla Yunus azadlıqda

Leyla Yunusun vəziyyəti yenidən pisləşib

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Arif və Lüyla Yunuslara qarşı cinayət işi məhkməyə göndərilir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz