Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Leyla Yunusun vəziyyəti yenidən pisləşib

 

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti ağır olaraq qalır və pisləşir. Bu barədə Turan-a onun vəkili Elçin Qəmbərov bildirib.

Onu tibb məntəqəsinə köçürmürlər, üstəlik oktyabrın 30-da alman həkim Vittin yazdığı dərmanları da vermirlər. L.Yunusun tibb məntəqəsinə köçürülməsi barədə çoxsaylı müraciətlər cavabsız qalıb”, - vəkil qeyd edib.

Ağır fiziki durum L.Yunusun psixoloji vəziyyətinə də təsir göstərib. Doktor Vitt müayinədən sonra deyib ki, onu tibb məntəqəsinə yerlədirməkdən imtina edən həkimlərin hərəkəti xəstəyə siyasi təzyiqdən başqa bir şey deyil”, - E.Qəmbərov bildirib və bu cür davranışı "açıq işgəncə” adlandırıb.

Xatırladaq ki, 60 yaşlı L.Yunus hepatit C və diabetin ağır formasından əziyyət çəkir. Dünya ictimaiyyətinin çoxsaylı müraciətlərinə baxmayaraq, hakimiyyət L.Yunusu azad etmir və onun siyasi məhbus kim tanımaqdan  imtina edir.

Lakin ötən həftə onun həyat yoldaşı Arif Yunus ölkədən çıxmamaq barədə iltizamla həbsdən azad edilib.

.

www.contact.az

.

Maybe you are interested in:

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Arif Yunus: “Mən susmayacam”

Leyla və Arif Yunusların işi üzrə məhkəmə iclası iyulun 13-nə təyin edilib

Almaniyalı həkim Leyla Yunusun vəziyyətinin ciddi olduğunu təsdiqləyib

Human Rights Watch: Leyla Yunusun həbs müddəti uzadıla bilər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz