Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Human Rights Watch: Leyla Yunusun həbs müddəti uzadıla bilər

 

Gələn həftə məşhur hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin uzadılması haqqında məhkəmə dinləməsi gözlənilir, bu barədə Human Rights Watch-un bəyanatında deyilir.

Leyla Yunus və onun həyat yoldaşı Arif iyulun 30-dan məhkəməyəqədərki, avqustun 5-dən isə siyasi motivli ittihamlarla həbsdədir.

"Hakimiyyət onları dərhal azad etməli və onlara qarşı bütün ittihamları ləğv etməli, Leyla Yunusun həbsdə ona qarşı amansız rəftar haqqında bəyanatlarını araşdırmalı və təqsirkarları məsuliyyətə cəlb etməlidir.

Leyla və Arif Yunusun əsassız həbsi parodiya və Azərbaycan hökumətinin açıq-aşkar onları susdurmaq cəhdidir”, deyə Human Rights Watch-un direktor müavini Reyçel Denber bildirib.

Rəhbərlik etdiyi təşkilat siyasi məhbuslar problemi, korrupsiya, vətəndaşların qanunsuz olaraq evlərindən köçürülməsi və Azərbaycan və Ermənistan vətəndaşları arasında dialoqla məşğul olan Leyla Yunus Avropa Parlamentinin Saxarov mükafatının finalçısıdır.

Həbsdə Leyla Yunusun səhhəti pisləşib, o, ağır diabet xəstəsidir və müalicəsi, xüsusi dietası zəruridir. Həyat yoldaşının həbsindən sonra o, iki həftə ərzində lazımi qida və dərmanları almayıb və vəziyyəti pisləşib.

Həyat yoldaşına məktublarında və vəkilləri ilə görüşlərində Leyla Yunus həbsxana rəhbərliyi tərəfindən ona qarşı amansız davranışı təsvir edib. Sentyabrın 23-də nəzarətçi Yunusun qolunu burub, saçlarından tutub sürüyərək, onu söyüb və təhqir edib. Yunusun şikayəti araşdırılmayıb və o, xəstəxanaya yerləşdirilmir.

Oktyabrın 17-də İlham Əliyev dörd gənc fəalı əfv edib və azad edib.

Son iki il yarım ərzində hökumət 50 müstəqil vətəndaş fəalı və ya müxalif siyasi fəala qarşı əsassız cinayət ittihamları irəli sürüb.

Azərbaycanın Avropa Şurasında sədrliyə başlamasından sonra bir neçə ay ərzində hakimiyyət dinc fəallara və QHT-lərə qarşı repressiyaları gücləndirərək, saxta ittihamlarla ən az 11 nəfəri həbs edib, ən az 9 digər fəalı mühakimə edib.

Bir neçə nəfər görkəmli fəal qaçmağa məcbur olub və ya həbsdən qorxaraq gizli fəaliyyətə keçib.

Hökumət bu yaxınlarda QHT-lərin xaricdən maliyyələşdirilməsini məhdudlaşdıran düzəlişlər layihəsi təqdim edib. Bu düzəlişlər Azərbaycanda onların fəaliyyətini, demək olar ki, qeyri-mümkün edir.

"Azərbaycan vətəndaş fəallarının təqibinə son qoymalı və EİTİ və Avropa Şurası kimi beynəlxalq tərəfdaşlarına onların qaydalarına uyğun şəkildə oynamağa hazır olduğunu göstərməlidir”, deyə Denber qeyd edib. "Azərbaycanın tərəfdaşları qanunsuz olaraq həbs edilmiş bütün fəalların, o cümlədən Leyla və Arif Yunusun azad edilməsini tələb etməli və repressiyalara son qoyulana qədər əməkdaşlıq olmayacağını göstərməlidir”, deyə o qeyd edib.

.

contact.az

.

Maybe you are interested in:

BMT işgəncə faktlarına görə Azərbaycanı tənqid edib və onları araşdırmağa çağırıb

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

Leyla Yunusun vəziyyəti yenidən pisləşib

Transparency International Leyla və Arif Yunusların məhkəməsinin ədalətli keçirilməsinə çağırıb

Arif Yunusun həbs müddəti 5 ay uzadılıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz