Almaniyalı həkim Leyla Yunusun vəziyyətinin ciddi olduğunu təsdiqləyib
Almaniyalı həkim Kristian Vitt həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun ciddi xəstə olduğunu təsdiqləyib. Bu barədə həkim yanvarın 26-da L.Yunusa təkrar baş çəkərkən bildirib. İlk müayinə və qan analizləri Vitt tərəfindən təxminən bir ay əvvəl – dekabrın 30-da aparılıb.
K.Vittin sözlərinə görə, qan analizi göstərib ki, L.Yunusda qara ciyərin dağılması baş verir. O arıqlamaqda davam edir. 6 ay ərzində 16 kq. itirib, 62 kq.-dan 46 kq.-a düşüb.
Həkimin fikrincə, bütün bunlar onun orqanizmində bərpa olunmaz proseslərin getdiyini göstərir. Bu barədə Turan-a L.Yunus vəkili Elçin Qəmbərovun vasitəsilə bildirib.
.
Maybe you are interested in:
Leyla Yunusun vəziyyəti yenidən pisləşib
Arif Yunus: “Mən susmayacam”
Leyla Yunusun əl ağacını alıblar
Beynəlxalq həkim qrupu Leyla Yunusu müayinə edib