Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azad İsazadə: Leylanın həyatına təhlükə tamamilə realdır

 

Penitensiar Xidmətin bəyanatlarına baxmayaraq, həbs edilmiş hüquq müdafiəçisi Leyla Yunusun vəziyyətin gündən-günə daha da pisləşir. Bu barədə Turan-a müsahibəsində Yunus ailəsinin dostu və həkim Azad İsazadə bildirib.

Dünən o, L.Yunusla telefonla danışıb. Yunus mədəsində kəskin ağrılar olduğunu və 12 kq arıqladığını təsdiq edib.

"Dişləri, saçları tökülür. Şəkəri yüksəkdir - 220. Təzyiqi yüksəkdir, gözləri pis görür. Zəifləyib. Beş addımdan artıq gedə bilmir. Ayaqları  şişib”.

İsazadə L.Yunusda Hepatit C-nin aktivləşdiyini və qara ciyərdəki proseslərin serroza apardığını ehtimal edir.

L.Yunus özü ilin sonuna qədər yaşayacağına ümid etmir. "O deyib ki, hələ gücü var, vəkilləri ilə görüşlərə gedir, amma tezliklə bunu da edə bilməyəcək, hətta telefona da yaxınlaşa bilməyəcək”, deyə İsazadə qeyd edib.

"Dünən ilk dəfədir ki, ölümdən danışdı. Vəsiyyət etdi ki, onu anasının yanında basdıraq. Anasının  qəbrinin harada olduğunu başa saldı. Vəsiyyət elədi ki, bir gündən artıq  yas olmasın”, deyə İsazadə bildirib.

"Məni sındırmaq istəyirlər. Məni öz yolumdan döndərmək istəyirlər. Amma mən bütün ömrümü bu işə həsr etmişəm. Mən bu yoldan qayıtmağı lazım bilmirəm”, deyə İsazadə hüquq müdafiəçisindən sitat gətirib.

O, həddindən artıq emosional idi və qızını unutmamağı xahiş etdi, həyat yoldaşı Arifin vəziyyətindən narahatlığını bildirdi.

Arifə baş çəkən vəkillərin sözlərinə görə, onun səhhəti o qədər də pis deyil, saxlanma şəraiti də normaldır. Sonuncu dəfə o, kitab, yeməklərdən isə yalnız meyvə-tərəvəz gətirməyi xahiş edib.

beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarını nəzərə alaraq, İsazadə ilin sonuna qədər hakimiyyətin Yunus cütünü azad edəcəyinə inanırmı? Bu suala cavabda İsazadə deyib: "Düzünü desəm, Leylanın son zənginə qədər inanırdım, ümidim var idi. Dünənki zəngdən sonra qorxuram ki, qərar qəbul etmək üçün vaxt qalmasın. Qorxuram ki, o, azad edilənə qədər yaşamasın. Leylanın ölümü Azərbaycanın imicinə ciddi zərbə olardı”, deyə İsazadə qeyd edib. 

.

contact.az

.

Maybe you are interested in:

Leyla Yunusun vəziyyəti yenidən pisləşib

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Arif Yunus: “Mən susmayacam”

Almaniyalı həkim Leyla Yunusun vəziyyətinin ciddi olduğunu təsdiqləyib

Leyla Yunus vəkilləri ilə görüşə gələ bilməyib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz