Beynəlxalq həkim qrupu Leyla Yunusu müayinə edib
Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti ilə bağlı Almaniyanın tanınmış "Charite” xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vitt müayinə aparıb.
L.Yunusun ilk müayinəsi 2014-cü il dekabrın 29-da Diaqnostika Mərkəzində Kristian Vitt və həkimlər Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə aparılıb. 2015-ci il yanvarın 26-da Diaqnostika Mərkəzində L.Yunusun ikinci müayinəsi aparılıb. Laborator analizlər üçün qan nümunələri götürülüb.
Müayinə aparmış beynəlxalq həkim qrupunun tərkibinə əvvəlki müayinədə iştirak etmiş mütəxəssislərlə yanaşı Macarıstanın Budapeşt şəhərindəki "Metropolitan” Onkoginekoloji Mərkəzinin rəhbəri professor Laszlo Unqar və tanınmış ginekoloq professor Aleksandr Borsukov da daxil edilib.
Müayinənin nəticəsi olaraq beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib olunub, nəticələr sənədləşdirilib və müayinə prosesinin foto və videoçəkilişi aparılıb.
.
Maybe you are interested in:
Leyla Yunusun vəziyyəti yenidən pisləşib
Leyla Yunusun əl ağacını alıblar
Leyla Yunus mülki həkimlərin tibbi müayinəsindən imtina etdi
Leyla Yunus vəkilləri ilə görüşə gələ bilməyib