Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Leyla Yunus mülki həkimlərin tibbi müayinəsindən imtina etdi

 

Vətəndaş cəmiyyəti nümayəndələrinin təşəbbüsü ilə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Əhməd Abbasbəyli bu gün həkimlərlə birlikdə Bakı İstintaq Təcridxanasında həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa baş çəkiblər. Səadət Bənənyarlının Turan-a verdiyi məlumata görə, qrup 9 həkimdən: terapevt, oftalmoloq, virusoloq, endokrinoloq və s.-dən ibarət idi. Onlar özləri ilə müayinə üçün müxtəlif avadanlıqlar götürmüşdülər. Bütün həkimlər qadın idi. Qrup Səhiyyə Nazirliyi tərəfindən formalaşdırılmışdı və həkimlər arasında Ədliyyə Nazirliyinin Tibbi Xidmətinin əməkdaşları yox idi.

Lakin L.Yunus müayinədən qəti imtina edərək, həkimlərin getməsini tələb edib, buna görə həkimlər müvafiq akt tərtib ediblər, deyə Bənənyarlı bildirib.

Abbasbəyli L.Yunusdan ona qarşı işgəncələr haqqında soruşub, cavabda o, döyüldüyünü deyib, amma ətraflı məlumat verməkdən imtina edib, deyə Bənənyarlı qeyd edib.

L.Yunusun kamera yoldaşları – üç qadın ona qarşı fiziki təzyiqin şahidi olmadıqlarını bildiriblər.

Bənənyarlının sözlərinə görə, L.Yunus həbsxana həkimlərinin müayinəsindən də imtina edir. Qeydiyyat kitabında sonuncu dəfə noyabrın 21-də həkimdə olduğu haqqında məlumat var. Bundan əvvəl müntəzəm olaraq onun təzyiqini, qan şəkərini ölçürdülər.

Saxlanma şəraitinə gəlincə, L.Yunus isidilən kamerada saxlanılır – İstintaq Təcridxanasının qadınlar korpusu isidilir. Bundan başqa, L.Yunusun qohumları tərəfindən ötürülmüş qızdırıcı elektrik cihazı var.

Bənənyarlının sözlərinə görə, L.Yunusun dərmanları da var idi.

L.Yunusun necə göründüyü haqqında suala cavabda Bənənyarlı deyib ki, o, yataqda oturmuşdu və ziyarətçilər gəldikdə üzünü çevirdi. Buna görə hüquq müdafiəçiləri onun xarici görünüşünü qiymətləndirməkdə çətinlik çəkiblər.

Qeyd edək ki, Bənənyarlı və Abbasbəylinin İstintaq Təcridxanasına buraxılması onların saxlama yerlərini müşahidə İctimai Komitəsinin üzvü olması ilə bağlıdır.

Bir müddət əvvəl L.Yunusun vəkilləri hüquq müdafiəçisinin Ədliyyə Nazirliyinin həkimlərinə etibar etmədiyi üçün onların xidmətlərindən imtina etdiyini bildiriblər. Müdafiə tərəfi müstəqil tibbi ekspertiza keçirilməsində israr edir.

* L.Yunus iyulun 30-da dövlətə xəyanət və bir sıra digər cinayətləri törətmək ittihamı ilə həbs edilib. O, bütün ittihamları təkzib edib və onları siyasi motivli hesab edir. Amnesty İnternational L.Yunusu və onun həyat yoldaşı Arif Yunusu "vicdan məhbusu” kimi tanıyıb.

.

contact.az

.

Maybe you are interested in:

Leyla Yunusun vəziyyəti yenidən pisləşib

Leyla Yunusun əl ağacını alıblar

Beynəlxalq həkim qrupu Leyla Yunusu müayinə edib

Leyla Yunus karserə salınıb

Leyla Yunus vəkilləri ilə görüşə gələ bilməyib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz