Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Məhkəmə Leyla və Arif Yunusların müalicə üçün xaricə getməsinə icazə verməyib

 

Yasamal Rayon Məhkəməsi Leyla Yunus və Arif Yunusun müalicə üçün xaricə getməsinə icazə verməyib. Bu barədə Turan-a onların vəkili Elçin Sadıqov bildirib.

Vəkilin bildirdiyinə görə, L.Yunus xroniki hepatit, arterial hipertenziya, şəkərli diabet xəstəliklərindən əziyyət çəkir. Bundan başqa öd kisəsindəki daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur ki, bu da xəstənin təcili əməliyyat olunması zərurəti yaradıb.

A.Yunus həyati təhlükəli arterial hipertenziya və boyun nahiyəsində ağrılardan əziyyət çəkir. Ekspert rəyinə əsasən Yunusların yüksək ixtisaslaşmış xəstəxana şəraitində müalicəyə ehtiyac var.

Vəkil məhkəmənin qərarını qanunsuz hesab edərək apellyasiya verəcəyini bildirib.

Leyla və Arif Yunuslar 8 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunaraq həbs edilmişdilər. Bakı Apellyasiya Məhkəməsi onların həbs cəzasını 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edərək sərbəst buraxıb.

Hər iki hüquq müdafiəçisi hökuməti tənqidə və ictimai fəaliyyətlərinə görə həbs olunublar.

.

www.contact.az

.

Maybe you are interested in:

OPHRD Leyla və Arif Yunusların xaricə müalicəyə getməsi üçün kampaniyaya başlayıb

Amnesty İnternational Leyla və Arif Yunusların xaricə buraxılması tələbilə kampaniyaya başlayıb

Martın 11-də Arif və Leyla Yunusların apellyasiya şikayətinə baxılacaq

Arif Yunus: “Leylanı ölüm həddinə çatdırmaq istəyirlər”

Leyla və Arif Yunusların işi üzrə məhkəmə iclası iyulun 13-nə təyin edilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz