Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ABŞ Dövlət Departamenti növbəti dəfə Leyla Yunusun azad olunmasına çağırıb

 

Dövlət Departamentinin mətbuat katibi Cen Psaki son günlər ikinci dəfədir ki, rəsmi Bakını hüquq müdafiəçisi Leyla Yunusa fiziki və mənəvi təzyiqlərə son qoymağa və onu azad etməyə çağırıb. Turan-ın müxbiri bildirib.

"Biz Azərbaycanın aparıcı hüquq müdafiəçisinə qarşı fiziki qorxuların davam etməsi ilə bağlı L.Yunusun təhlükəsizliyindən nahahatıq”, - Psakinin mətbuat üçün bəyanatında deyilir.

Vaşinqton Azərbaycan hökumətini dərhal Leyla Yunusu azad etməyə, müstəqil həkimlərin onun yanına buraxılmasını, təhlükəsizliyini təmin etməyə və şəraitini yaxşılaşdırmağa çağırır”.

"Biz həmçinin Azərbaycan hökumətini qanunun aliliyinə hörmətlə yanaşmağa, öz fundamental azadlıqlarını gerçəkləşdirmək səbəbindən həbs olunanların səhhətlərini nəzərə alaraq onların azad edilməsinə çağırırıq. Bu, Leyla Yunusa və onun həyat yoldaşı Arifə aiddir, onların vəziyyəti dərhal azadlığa  buraxılmalarını tələb edir”, - bəyanatda vurğulanır.

.

contact.az

.

Maybe you are interested in:

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

Almaniya və Aİ Leyla Yunusun azad edilməsinə sevinir

ABŞ Dövlət Departamenti növbəti dəfə Azərbaycanda siyasi məhbusların azad edilməsinə çağırıb

Demokratiya Uğrunda Ümumdünya Hərəkatı Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərini azad etməyə çağırıb

"Leyla və Arif Yunus təcili azad edilməlidir" - ABŞ Dövlət Departamenti

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz