"Leyla və Arif Yunus təcili azad edilməlidir" - ABŞ Dövlət Departamenti
Dövlət Departamentinin sözçüsü Jen Psaki-nin bəyanatında deyilir ki, ABŞ həmçinin Leyla Yunusun fiziki təhlükəsizliyi barədə xüsusilə narahatdır.
ABŞ-ın bəyanatına cavab olaraq XİN sözçüsü Hikmət Hacıyev deyib ki, ABŞ-ın "davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri tamamilə qəbuledilməzdir" və Amerikanı insan hüquqlarından "xarici siyasət aləti" kimi istifadə edərək "siyasi təzyiq göstərməkdə" ittiham edib.
Dövlət Departamentinin bəyanatında həmçinin Leyla Yunusun həyat yoldaşı Arif Yunusovun da səhhətinin pisləşdiyi qeyd olunur. "Biz Azərbaycan hakimiyyətini humanitar əsaslarla Leyla Yunusun müstəqil tibbi müayinədən keçirilməsinə ... və daha yaxşı şəraitlə təmin olunmasına çağırırıq", bəyanatda deyilir.
Eyni zamanda ABŞ Azərbaycanı qanunun aliliyinə hörmət etməyə və "fundamental azadlıqlarından istifadə etdiklərinə görə" həbs olunan digər şəxsləri azadlığa buraxmağa çağırıb.
Jen Psaki-nin sözlərinə görə, "Vətəndaşların ləyaqət, insan haqları və ... fundamental azadlıqlarla təmin etmək Azərbaycanın marağındadır".
Sentyabrın 25-də hüquq müdafiəçisinin vəkillərinin birgə yaydığı məlumatda, onun istintaq təcridxanasının əməkdaşı tərəfindən "fiziki zorakılıq" gördüyü bildirilib.
Baş prokuror Zakir Qaralov Leyla Yunusun təcridxanada zorakılığa məruz qalması haqda vəkillərinin iddialarını "uydurma" adlandırıb.
.
Maybe you are interested in:
Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir
Leyla Yunusun vəziyyəti yenidən pisləşib
Human Rights Watch: Leyla Yunusun həbs müddəti uzadıla bilər