Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Xədicə İsmayıl ilk dəfə ailə üzvləri ilə görüşüb

 

Martın 24-də həbsdə olan jurnalist Xədicə İsmayılın bacısı Səbinə Rəhimova və bacısı qızı onunla saxlandığı Bakı İstintaq Təcridxanasında görüşüb:

"Görüşə icazə verilməsi haqqında Xədicə dünən zəng vurub dedi. Nəhayət görüşməyimizə çox sevindik. Üzbəüz görüşmədik. Təcridxananın qaydalarına görə, Xədicə şüşənin arxasında idi, telefonla danışdıq. Dostları, radio haqqında soruşdu. Dedi ki, məktub yazmaq istəyənlər təcridxananın ünvanına yaza bilərlər, görək nə vaxt çatır”.

Bu, Xədicənin yaxınları ilə ilk görüşüdür. Bundan əvvəl ailə üzvləri görüş üçün bir neçə dəfə təcridxana rəhbərliyinə müraciət etsələr də, nəticəsi olmamışdı.

Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevi «özünü öldürmə həddinə çatdırma» maddəsi ilə ittihamı irəli sürülüb.

Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə - mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə yeni ittihamlar elan edilib. Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.

Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Amnesty İnternational Xədicə İsmayılı vicdan məhbusu kimi tanıyıb.

.

contact.az

.

Maybe you are interested in:

“Sərhədsiz reportyorlar”: İsmayılovaya qarşı yeni ittihamlar

Xədicə İsmayılova KİV-də məqaləsinin dərcinə görə karserə salınıb

Apellyasya Məhkəməsi Xədicə İsmayılovanı həbsdə saxladı

Xədicə İsmayılovaya xəbərdarlıq edilib

Məhkəmə Xədicə İsmayılovanı həbsdə saxlayıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz