Dunya Miyatoviç Nardaranda jurnalistlərə hücumu pisləyib
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç noyabrın
26-də Nardaranda jurnalistlərə hücum faktını pisləyib. Onun bəyanatında
deyilir ki, naməlum şəxslər Nardaranda keçirilən polis əməliyyatı
zamanı İTV-nin operatoruna hücum ediblər. Operator döyülüb, audio-video
texnika isə zədələnib.
ATV telekanalının çəkiliş qrupu da hücuma məruz qalıb. Telekanalın avtomobilinə hücum edilib, sürücü döyülüb.
"Bu, media nümayəndələrinə qarşı qəbuledilməz zorakılıq hallarıdır. Jurnalistlər ictimai çəkisi mühüm olan hadisələr barədə azad və təhlükəsiz şəkildə məlumat çatdıra bilməlidirlər. Onların təhlükəsizliyi təmin edilməlidir.
İnanıram ki, hakimiyyət nümayəndələri hücumun hərtərəfli araşdırılması və təqsirkarların mühakimə edilməsi üçün əllərindən gələni edəcəklər ”, - D. Miyatoviç vurğulayıb.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Dunya Miyatoviç Azərbaycan hökuməti ilə dialoqa tərəfdardır
Şərh əlavə edin