Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Avropa Şurası jurnalistlərin müdafiəsi üzrə İnternet-platforma yaradır

 

Avropa Şurası beş tərəfdaş təşkilatla jurnalistlərin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi üzrə İnternet-platforma yaradılması haqqında Memorandum imzalayıb.

Bu platforma vasitəsilə Article 19, Avropa Jurnalistlər İttifaqı, Avropa Jurnalistlər Federasiyası, Beynəlxalq Jurnalistlər Federasiyası və "Sərhədsiz reportyorlar” Avropa Şurasını narahatlıqları və media azadlığı ilə bağlı təhlükələr barədə məlumatlandıracaq.

Platforma jurnalistlər barəsində məhkəmə prosesləri, onların ünvanına hədələr və onlara hücum faktları haqqında məlumatların yığılmasının və yayılmasının sadələşdirilməsini nəzərdə tutur.

Platforma Avropa Şurasına media və jurnalist azadlıqlarının pozulmasına səmərəli reaksiya verməyə, KİV-ə qarşı təzyiq olan üzv dövlətlərlə dialoq aparmağa imkan verəcək.

.

contact.az

.

Maybe you are interested in:

Avropa Şurası jurnalistlərin təhlükəsizliyi mövzusunda “dəyirmi masa” keçirir

Dunya Miyatoviç Nardaranda jurnalistlərə hücumu pisləyib

Avropa Şurası jurnalistlərin işinə müdaxilə və təhlükə faktlarını araşdıracaq

Beynəlxalq QHT jurnalistlərin dəstəklənməsi üzrə Platformaya qoşulur

IGPA: Xədicə İsmayılovaya qarşı təqiblərə son qoyulsun

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz