Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Avropa Şurası jurnalistlərin işinə müdaxilə və təhlükə faktlarını araşdıracaq

 

Avropa Şurası jurnalistlərin işinə əsassız müdaxilə, onların qorxudulması və Avropada özünüsenzura hallarının hərtərəfli araşdırılması üçün İşçi Qrupu yaradıb.

Turan-a Avropa Şurasından bildirilib ki, bu layihə jurnalist cəmiyyətinin üzləşdiyi ən mühüm problemlərin araşdırılmasına imkan verəcək.

Çox zaman jurnalistlərin işi yüksək qorxu hissi doğura biləcək təhlükəli və riskli iş kimi qəbul edilir. Bu səbəbdən AŞ jurnalistlərin təhlükəsizliyinə yardım göstərmək istəyir.

Araşdırma 47 AŞ dövlətində 1000-dən çox jurnalisti əhatə edcək. Əsasən anketləşdirmə aparılacaq. Layihə müəllifləri jurnalist fəaliyyətindən irəli gələn qorxu və həyəcan hissinin yayılma dərəcəsini öyrənəcəklər.

Malta Universitetinin psixologiya şöbəsinin professoru  Merilin Klarkın rəhbərliyilə İşçi Qrupu araşdırma başa çatdıqdan sonra 2016-cı ilin sonunadək nəticələri ictimaiyyətə açıqlayacaq.

.

www.contact.az

.

Maybe you are interested in:

Avropa insan haqları komissarı Xədicə İsmayılovanın işi ilə bağlı AİHM-ə müraciət edib

Avropa Şurası jurnalistlərin təhlükəsizliyi mövzusunda “dəyirmi masa” keçirir

İşçi Qurpu Avropa Şurasını “anti-Azərbaycan qüvvə” hesab edir

Avropa Şurası “Azərbaycanda ifadə və media azadlığı” layihəsindən nə gözləyir?

Avropa Şurası jurnalistlərin müdafiəsi üzrə İnternet-platforma yaradır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz