Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İşçi Qurpu Avropa Şurasını “anti-Azərbaycan qüvvə” hesab edir

 

Avropa Şurasının Baş katibi Turbyorn Yanqlandın nümayəndəsini Birgə İşçi Qrupun (BİQ) tərkibindən geri çağırmasına cavab olaraq BİQ bəyanat yayıb.

Sənəddə 2005-ci ildə hüquq müdafiəçiləri və hakimiyyət təmsilçilərindən ibarət birgə işçi qrupu yaradılması, insan hüquqlarının müdafiəsinin hakimiyyətlə əməkdaşlıq çərçivəsində həll edildiyi xatıraldılır.

Daha sonra sənəddə "anti-Azərbaycan qüvvələrin, o cümlədən Avropa Şurasındakı bəzi dairələr”in  ölkədə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa səy göstərdiyi iddia edilir.

İşçi qrupunun AŞ-ı dialoqa maneələr törətməməyə çağırdığı, amma AŞ-ın "qərəzli” yanaşması nəticəsində 2008-ci ildə qrupun fəaliyyətini dayandırmasına nail olduğu iddia olunur. Sənəddə qrupun fəaliyyəti dövründə 150-yə yaxın məhkumun azad edildiyi vurğulanır.

Bəyanatda 2014-cü ildə AŞ-ın baş katibi T.Yanqlandın dövlət başçısı İlham Əliyevə müraciətilə işçi qrupun fəaliyyətinin bərpa olunduğu qeyd olunur.

Qısa müddətdə insan hüquqlarının müdafiəsi qurumlarının siyahılarında qeyd olunan 16 nəfər azad edilib, 1 nəfərin cəza müddəti azaldılıb.

Bəyanat müəllifləri bu şəraitdə AŞ baş katibinin bəyanatının "təəccüb və təəssüf hissləri doğurduğunu bildirir.

"Hesab edirik ki, anti-Azərbaycan qüvvələrinin təkidi və təsiri nəticəsində AŞ baş katibinin qəbul etdiyi bu əsassız qərar yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir”, - deyə müəlliflər T.Yanqlandı ittiham edirlər.

Son olaraq, İşçi qrupu "anti-Azərbaycan qüvvələri çirkin oyunlarına son qoymağa çağırırlar.

.

www.contact.az

.

Maybe you are interested in:

Avropa Şurası insan hüquqları üzrə Azərbaycanla birgə işçi qrupdan çıxıb

Avropa Şurasının nümayəndələri Bakıda siyasi məhbuslar problemini müzakirə ediblər

Ərəstun Oruclu: Amerika-Azərbaycan işçi qrupunun təşkilində təkcə Azərbaycan hakimiyyətinin rəyi nəzərə alınmamalıdır

Azərbaycanın vətəndaş cəmiyyəti Avropa Şurasını qətiyyətli olmağa çağırır

AŞ baş katibi siyasi məhbusların azad edilməsi ilə bağlı əhəmiyyətli nəticə gözləyir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz