Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ərəstun Oruclu: Amerika-Azərbaycan işçi qrupunun təşkilində təkcə Azərbaycan hakimiyyətinin rəyi nəzərə alınmamalıdır

 

"Fikrimcə, bu işçi qrup yalnız o halda səmərəli işlər görüb ortaya nəticə çıxara bilər ki, onun tərkibində vətəndaş cəmiyyəti ideyalarının və təcrübəsinin real daşıyıcıları geniş təmsil olunsun və bu səbəbdən də işçi qrupun təşkilində təkcə Azərbaycan hakimiyyətinin rəyi nəzərə alınmamalıdır”. Bu barədə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerika dövlət katibinin köməkçisi Viktoriya Nulandın demokratiya, insan haqları, azad media, vətəndaş cəmiyyəti ilə bağlı dialoq aparmaq məqsədi ilə yaradılacaq Amerika-Azərbaycan ikitərəfli qurumu barədə dediklərini Turan-a şərh edərkən bildirib.

Onun firkincə, hakimiyyətin istər müxalifətlə, istərsə də vətəndaş cəmiyyətilə dialoq praktikası daim imitasiyadan ibarət olub və bu gün də belədir. "Ölkədə illər ərzində qondarma müxalifət partiyaları, hakimiyyətin nəzarətində olan "qeyri-hökumət təşkilatları” yaradılıb. Əgər dialoq belə qurumlarla aparılacaqsa, onda bunu başlamağa heç bir ehtiyac da yoxdur. Ümid edirəm, ABŞ tərəfi belə bir "dialoqa” imza atmayacaq, çünki həmin halda bu, nəinki Azərbaycanda demokratiyanın inkişafına xidmət etməyəcək, əksinə, bu prosesi bir qədər də nüfuzdan salacaq və ləngidəcək”.

O, fikrini izah etmək məqsədi ilə deyib ki, vaxtilə belə bir "dialoq” Avropa Şurasının təşəbbüsü ilə aparılırdı. "Amma məhz yuxarıda göstərdiyim səbəbdən sonda bu təkcə nəticə hasil olmamasına və dialoq prosesinin gözdən düşməsinə deyil, həm də cəmiyyətdə Avropa Şurasının özünə etimadsızlığın yaranmasına gətirib çıxardı. Ümid edirəm, ABŞ Avropa Şurasının bu təcrübəsini nəzərə alacaq”, deyə o qeyd edib. 

.

contact.az

.

Maybe you are interested in:

Əli Həsənov: Amerika-Azərbaycan münasibətləri əvvəlki kimi deyil

R.Sekuta: ABŞ və Azərbaycan arasında dialoq 4 istiqamət üzrə aparılır

Amerika-Azərbaycan İnsan Hüquqları Komissiyası ilə bağlı vəziyyət aydın deyil

Razi Nurullayev: Dialoq üçün ilk öncə günahsız həbsə atılmış insanlar azad edilməlidir

Amerika-Azərbaycan işçi qrupu nəylə məşğul olacaq?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz