Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Amerika-Azərbaycan İnsan Hüquqları Komissiyası ilə bağlı vəziyyət aydın deyil

 

Ötən həftə ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Bakıda Demokratiya və Vətəndaş Cəmiyyəti üzrə Amerika-Azərbaycan ikitərəfli komissiyasının yaradıldığını elan edib.

"Biz məsləhətləşmələri davam etdirmək və vətəndaş cəmiyyəti və demokratiya mövzusunda Amerika-Azərbaycan dialoqu vasitəsilə onları möhkəmləndirmək barədə razılığa gəldik. Söhbət Avropa Şurasının strukturları ilə paralel işləyəcək ikitərəfli strukturun yaradılmasından gedir”, deyə Nuland prezident İlham Əliyevlə görüşdən sonra bildirib.

Bunun Bakının və ya "mina sahəsindən şübhələnməyən” Dövlət Departamentinin təşəbbüsü olduğu aydın deyil, deyə anonim qalmaq istəyən Amerika ekspertlərindən biri bildirib.

"Düşünürəm ki, bu komissiya Azərbaycan hökumətinin guya obyektiv, səmərəli ekspertiza nəticəsində bəzi siyasi məhbusların azad edilməsinə bəraət verməsi üçün formal mexanizm olacaq... Başqa sözlə, hökumət çox sayda məhbusu azad edə bilərdi, amma indi onu bəzilərini azad etməyə və bunu xarici tərəfdaşın köməyi ilə etməyə razılaşdıracaqlar. Hökumət simasını qoruyub saxlayacaq, amerikalılar isə problemin həll edildiyini iddia edə biləcək”, deyə ekspert bildirib.

Lakin hökumət fəalların və jurnalistlərin hamısını və ya böyük əksəriyyətini həbsdən azad etməsə, ABŞ hökumətinə Bakının əlbiri kimi baxacaqlar. Hələ də komissiyanın yaradılmasından sonra da həbslər davam edərsə.

"Son bir neçə gündə mən bir neçə Azərbaycan müxalifətçisi ilə söhbət etmişəm, onlar hamısı artıq mövcud olan analoji mexanizmi, Avropa Şurası ilə yaradılmış Birgə İşçi Qrupu xatırladıblar. Azərbaycanda əlaqə saxladığım şəxslər bu Birgə İşçi Qrupun məhbusların azad edilməsində əhəmiyyətli uğur əldə edə bilmədiyi qənaətindədirlər. Eyni zamanda, Azərbaycan hökuməti vəkillərin və jurnalistlərin təqibini davam etdirib”, deyən analitik əlavə edib: "Niyə ABŞ artıq çoxlarının gözündən düşmüş qurumun səylərini təkrar edir?”.

"Azərbaycan fəalları xanım Nulandın üç vətəndaş cəmiyyəti nümayəndəsinə cəmi 20 dəqiqə ayırmasına təəccübləniblər. Bu, demək olar ki, təhqiredicidir”, deyə o bildirib.

Bu fonda məhkəmə Xədicə İsmayılova barəsində böhtan ittihamı ilə ittiham hökmü çıxarıb, Müsavat fəalı Tural Sadıqlının qardaşı və atası həbs edilib.

Nuland Bakını tərk edən kimi Leyla və Arif Yunusun həbs müddəti uzadılıb, Cəmil Həsənlinin qızı isə YNH-yə görə il yarım müddətinə azadlıqdan məhrum edilib.

Növbəti gün "Azadlıq” radiosunun keçmiş büro şefi Babək Bəkirov aeroportda saxlanılıb və ölkədən buraxılmayıb. Dünən hüquq müdafiəçisi Taleh Xasməmmədov həbs edilib.

"Bu mühitdə insan hüquqları üzrə ikitərəfli struktur yaradılmasını ciddiyə almaq çətindir. Yalnız bir şey aydın deyil, Dövlət Departamenti bu tələyə öz iradəsi ilə düşüb? Administrasiyada Azərbaycandakı vəziyyəti daha yaxşı başa düşən insanların yaxın həftələrdə bu səhvi düzəldə biləcəyinə ümid etmək qalır”, deyə ekspert qeyd edib.

Azərbaycan hökumətinin antiqərb mifologiyası o dərəcədə "geniş yayılıb ki”, Bakıda çoxları və Qərbdə bəziləri bu siyasətin müəlliflərinin niyə bu qədər təhlükəli özünü məhv etmə yoluna getdiyini başa düşə bilmirlər.

Belə bir versiya var ki, Azərbaycanın xarici siyasət kursunu yanlış istiqamətə yönəltmək üçün mifologiya ciddi dezinformasiyaya əsaslanır.

Bakı strateji tərəfdaşı kimi Qərbdən üz çevirərsə, Qərbin real və təbii rəqibləri – İran və Rusiya bundan istifadə edərək, Azərbaycanla pis oyun oynayacaq, deyə ekspert fikrini tamamlayıb.

.

contact.az

.

Maybe you are interested in:

Əli Həsənov: Amerika-Azərbaycan münasibətləri əvvəlki kimi deyil

Razi Nurullayev: Dialoq üçün ilk öncə günahsız həbsə atılmış insanlar azad edilməlidir

Ərəstun Oruclu: Amerika-Azərbaycan işçi qrupunun təşkilində təkcə Azərbaycan hakimiyyətinin rəyi nəzərə alınmamalıdır

Amerika-Azərbaycan işçi qrupu nəylə məşğul olacaq?

Viktoriya Nuland: “ABŞ və Azərbaycan demokratiya və insan hüquqları üzrə birgə struktur yaradacaqlar”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz