Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Əli Həsənov: Amerika-Azərbaycan münasibətləri əvvəlki kimi deyil

 

Rəsmi Bakı "Azərbaycanda Demokratiya Aktı” layihəsinə ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri Kris Smitin şəxsi təşəbbüsü kimi baxır. Bu fikri bu gün Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov bildirib.

Turan-ın müxbiri ilə söhbətində o, Konqresin "ABŞ-ın maraqlarını və Azərbaycanın Amerika üçün əhəmiyyətini nəzərə alaraq”, bu layihəni dəstəkləməyəcəyinə ümid etdiyini bildirib.

Deputat Rövşən Rzayevin "ABŞ-da insan hüquqları haqqında” qanun layihəsi ilə bağlı şərh vermək xahişinə cavabda Həsənov qeyri-müəyyən şəkildə bildirib ki, Bakı buna "Smitin təşəbbüsü kimi münasibət göstərir”.

"Hər bir deputat təşəbbüs irəli sürə bilər. Lakin parlamentin qərar qəbul etməsi mühüm müzakirələrdən sonra baş verməlidir. Deputatlar bu təşəbbüslərin ikitərəfli münasibətlərə ziyanını qiymətləndirdikdən sonra fikir bildirməlidirlər”, deyə Həsənov bildirib.

Baxmayaraq ki, Amerika-Azərbaycan münasibətləri əvvəlki kimi intensiv deyil, deyə Həsənov etiraf edib.

Bu ilin fevralında ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın təklif etdiyi demokratiya üzrə Amerika-Azərbaycan komissiyasının taleyi haqqında suala cavabda Həsənov deyib ki, bu mövzuda danışıqlar aparılmır.

.

www.contact.az

.

Maybe you are interested in:

Kris Smit: “Bakının ittihamları yalnış və gülüncdür”

Milli Məclis ABŞ Konqresinə “simmetrik” cavab hazırlayır

ABŞ Helsinki Komissiyası Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar haqqında qanun layihəsini təqdim edib

A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib

Əli Həsənov Vaşinqtonla münasibətlərdə gərginlik müşahidə etməyib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz