Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AŞ baş katibi siyasi məhbusların azad edilməsi ilə bağlı əhəmiyyətli nəticə gözləyir

 

Avropa Şurasının baş katibi Turbörn Yaqland Azərbaycanda hökumət və vətəndaş  cəmiyyəti fəallarının iştirakı ilə siyasi məhbuslar üzrə işçi qrupunun yaradılmasını və sonuncu əfv fərmanını müsbət qiymətləndirib. Eyni zamanda o, bir çox siyasi məhbusun, o cümlədən REAL hərəkatının lideri İlqar Məmmədovun azad edilməsinə çağırıb.

Yaqlandın çərşənbə günü axşam yayılan bəyanatında deyilir ki, AŞ baş katibi və Azərbaycan prezident arasındakı 22 oktyabr razılaşmasına əsasən 2008-ci ildən bu yana ilk dəfə "insan hüquqları üzrə işçi qrupunun birgə iclası keçirilib. Qrup 18 hüquq müdafiəçisi, parlament  üzvləri və Prezident Administrasiyasının vəzifəli şəxslərindən ibarətdir”.

AŞ nümayəndələrinin də iştirak etdiyi birgə iclasda məqsəd Azərbaycan hakimiyyəti və vətəndaş  cəmiyyəti arasında dialoqun bərpasıdır.

Baş katib  bu iclası ölkədə insan haqları ilə bağlı indiki durumun yaxşılaşdırılması yolunda addım kimi qiymətləndirib. 

"Ötən həftə Azərbaycan prezidentinin fərmanı ilə əfv edilən 80 məhkumun arasında dörd fəalın olması ilk müsbət addımdır.

Mən səmimi olaraq ümid edirəm ki, bugünkü iclas nəzərəçarpacaq nəticələrə və böyük sayda fəalın azadlığa buraxılmasına səbəb olacaq.

Mən səbirsizliklə İlqar Məmmədovun azadlığa buraxılmasını gözləyirəm. Ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə yekun qərar çıxarıb”, - Yaqland vurğulayıb.

.

contact.az

.

Maybe you are interested in:

Azərbaycan Hüquq-Müdafiə Mərkəzi siyasi məhbusların azadlığa buraxılmasını alqışlayır

22 siyasi məhbusun adı Əfv Komissiyasına təqdim edilib

Avropa Şurası insan hüquqları üzrə Azərbaycanla birgə işçi qrupdan çıxıb

Avropa Şurasının nümayəndələri Bakıda siyasi məhbuslar problemini müzakirə ediblər

Azərbaycanın vətəndaş cəmiyyəti Avropa Şurasını qətiyyətli olmağa çağırır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz