Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan Hüquq-Müdafiə Mərkəzi siyasi məhbusların azadlığa buraxılmasını alqışlayır

 

Azərbaycan Hüquq-Müdafiə Mərkəzi 14 siyasi məhbusun azadlığa buraxılmasını alqışlayır və 17 mart əfv fərmanını qanunvericiliyin dəyişdirilməsindən və bəzi hüquq müdafiəçilərinin həbsindən sonra hökumətlə vətəndaş cəmiyyəti arasında yaranmış böhranın aradan qaldırılması yolunda mühüm və zəruri addım kimi qiymətləndirir.

AHMM qeyd edir ki, hazırda 6 hüquq müdafiəçisi azadlığa buraxılandan sonra  onlardan biri - Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyev həbsdədir. Ona qarşı sürülən ittihamlar  azad edilən hüquq müdafiəçilərinə qarşı sürülən analoji ittihamlardır.

"Ümid edirik ki, bu həmkarımız da tezliklə azadlığa çıxacaq”, - mərkəzin rəhbəri Eldar Zeynalov bildirib.

Bununla yanaşı E.Zeynalov Turan agentliyinə bildirib ki, əfv siyasi məhbuslar probleminin həlli yolunda bir addımdır.  Son 1,5 ildə insan hüquqları üzrə birgə İşçi Qrupu çərçivəsində hüquq müdafiəçiləri və hakimiyyət arasında asan olmayan dialoq aparılır.

 "Lakin dövlət başçısının sərəncamının preambulasında qeyd olunur ki, sənəd eyni zamanda hüquq-müdafiə təşkilatlarının müraciətləri əsasında qəbul olunub, bu da göstərir ki, bu dialoqun potensialı var”, - E.Zeynalov vurğulayıb.

AHMM qeyd edir ki, 2014-2016-cı illərdə  müxtəlif siyasi məhbus siyahısına daxil edilən 37 dustaq birgə İşçi Qrupunun sayəsində azadlığa buraxılıb.

.

www.contact.az

.

Maybe you are interested in:

ATƏT PA nümayəndələri İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıblar

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

40-dan çox xarici hüquq-müdafiə təşkilatı İlham Əliyevi siyasi məhbusları azad etməyə çağırıb

A.Abdullayeva: Biz hamının azad olunmasını istəyirik, amma...

AŞ baş katibi siyasi məhbusların azad edilməsi ilə bağlı əhəmiyyətli nəticə gözləyir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz