Federal lәzgi
milli-mәdәni muxtariyyәti

A.Abdullayeva: Biz hamının azad olunmasını istəyirik, amma...

 

Əfv olunacaq siyasi məhbuslarla bağlı siyahı hazırdır və Əfv Komissiyasına təqdim edilib. Bu barədə Turan-a İnsan Haqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva bildirib.

Onun sözlərinə görə, Birgə İşçi Qrupa 30-dan çox siyasi məhbusun adı təqdim edilib. Bunların arasında "NİDA”çılar, "İsmayıllı hadisələri”nə görə həbs edilənlər, həbsdə olan keçmiş nazirlər də var. A.Abdullayeva həttəa haqlarında məhkəmə qərarı olmayan, hazırda məhkəmələri davam edən siyasi məhbus saydıqları şəxslərin də adları bu siyahıdadır. Jurnalistlər Rauf Mirqədirovun, Xədicə İsmayılın, hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun da adları bu siyahıda yer alır. Onun sözlərinə görə, həbsdə olan islamçıların da adı siyahıda var və hüquq müadafiəçiləri onlar üçün ədalətli məhkəmə araşdırması xahiş edir.

1995-ci ilin mart hadisələri ilə bağlı ömürlük həbs almış keçmiş "XTPD”çilərin əfv fərmanı ilə azadlığa çıxa bilməsinə gəlincə, A.Abdullayeva bu şəxslər barəsində öncə ömürlük həbs cəzasının müddətli cəzaya dəyişdirilməsi üçün məhkəmə qərarı lazım olduğunu nəzərə çatdırıb. O, ancaq bundan sonra bu şəxslərin azad edilə biləcəklərini mümkün saydığını vurğulayıb.

"Biz siyahını təqdim etmişik, amma kimlərin azadlığa buraxılıb və ya buraxılmaması yalnız dövlət başçısının imza qoyacağı fərmandakı adlara şamil ediləcək”, - deyə hüquq müdafiəçisi qeyd edib.

A.Abdullayeva marıtn 18-19-da əfv fərmanı verilə biləcəyini nəzərə çatdırıb.

.

contact.az

.

Maybe you are interested in:

22 siyasi məhbusun adı Əfv Komissiyasına təqdim edilib

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

Leyla Yunusun vəziyyəti yenidən pisləşib

Avropa Şurasının nümayəndələri Bakıda siyasi məhbuslar problemini müzakirə ediblər

İnsan haqları üzrə Birgə İşçi qrup yaxın günlərdə əfv olacağını ehtimal edir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz