Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İnsan haqları üzrə Birgə İşçi qrup yaxın günlərdə əfv olacağını ehtimal edir

 

"Ehtimal edirik ki, dekabrın 26-da və ya 27-də əfv fərmanı ola bilər”, - hüquq müdafiəçisi, insan haqları üzrə Bizgə İşçi qrupunun üzvü Novella Cəfəroğu Turan-a bildirib.

Onun sözlərinə görə, Birgə İşçi qrup Əfv Komissiyasına 27 nəfərlik siyahı təqdim edib. Həmin siyahıda NİDA-çıların, REAL Hərəkatının sədri İlqar Məmmədovun, Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun, keçmiş səhiyyə naziri Əli İnsanovun, həbsdə olan bəzi QHT rəhbərlərinin adları var.

Bundan əlavə, Birgə İşçi qrup Əfv Komissiyasına Leyla Yunusun, Xədicə İsmayılın barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müraciət edib.

"Düzdür, arzu etsək də siyahıda olan bütün məhbusların azad olunacağı inandırıcı görünmür, amma kimlərinsə azad olunacağına inanırıq”, - N.Cəfəroğlu bildirib.

.

contact.az

.

Maybe you are interested in:

22 siyasi məhbusun adı Əfv Komissiyasına təqdim edilib

Azərbaycanda 80 nəfər siyasi məhbus var

Avropa Şurasının nümayəndələri Bakıda siyasi məhbuslar problemini müzakirə ediblər

A.Abdullayeva: Biz hamının azad olunmasını istəyirik, amma...

AŞ baş katibi siyasi məhbusların azad edilməsi ilə bağlı əhəmiyyətli nəticə gözləyir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz