Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycanda 80 nəfər siyasi məhbus var

 

Hazırda Azərbaycanda siyasi məhbusların sayı 80 nəfərdir. Bu barədə bu gün siyasi məhbusların vahid siyahısının hazırlanması üzrə İşçi Qrupu bildirib.

Vətəndaş cəmiyyətinin 30-a yaxın fəalı və vəkillərin daxil olduğu qrupun məlumatında deyilir ki, 2014-cü il avqustun 8-də açıqlandığı 98 nəfərlik siyahıda 26 nəfər əfv edilib və ya cəza müddəti başa çatdığına görə azad edilib.

Lakin bu siyahı dərc olunduqdan sona repressiyalar davam edib və yeni siyasi məhbuslar var.

İşçi Qrupu həbs olunanların işlərini yenidən öyrənib. AŞPA-nın 3 oktyabr 2012-ci il qətnaməsinin meyarlarna uyğun olaraq daha 8 nəfəri siyasi məhbuslar sırasına daxil edib: Murad Ədilov (Azərbaycan Xalq Cəbhəsi Partiyasının  üzvü, bu partiyanın mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Adilovun qardaşı); Seymur Həzi ("Azadlıq” qəzetinin şərhçisi, "Azərbaycan saatı” proqramının aparıcısı, AXCP-nın Rəyasət Heyətinin üzvü); Xədicə İsmayılova ("Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşı, araşdırmaçı jurnalist), Elvin Abdullayev  (AXCP  üzvü); Qadir Xudabaxşıyev (AXCP  üzvü, II qrup Qarabağ müharibəsi əlili); Asif Yusifov (AXCP  sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü,  Qarabağ  müharibəsi əlili); Taleh Xasməmmədov ( hüquq müdafiəçisi);  Mübariz Abdullayev (Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı oğlu).

Qeyd edək ki, 98 nəfərdən ibarət siyahı hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun siyahıları əsasında hazırlanmışdı. Bu siyahının hazırlandığı müddətdə onlar özləri həbsə alınıblar.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu məlumatları Azərbaycanda siyasi məhbusların vahid siyahısı kimi qəbul ediblər.

.

contact.az

.

Maybe you are interested in:

Azərbaycanda siyasi məhbusların sayı 107-ə çatıb

Avropa Şurasının nümayəndələri Bakıda siyasi məhbuslar problemini müzakirə ediblər

NİDA siyasi məhbuslara məktub kampaniyasına başlayıb

AXCP fəalı Murad Adilovun məhkəməsi başlayıb

İlham Əliyev 87 məhkumu, o cümlədən 10 siyasi məhbusu əvf edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz