Federal lәzgi
milli-mәdәni muxtariyyәti

NİDA siyasi məhbuslara məktub kampaniyasına başlayıb

 

Nida Vətəndaş Hərəkatı bu həftədən siyasi məhbuslar üçün "Vicdana məktub” kampaniyasına başlayır. Bu barədə NİDA Facebook səhifəsində məlumat yayıb.

Xəbərdə deyilir ki, hazırda ölkədə siyasi fəaliyyətinə, dini inanclarına görə həbs olunmuş 100 nəfərdən çox vicdan məhbusu var. "Onlara tanımadıqları şəxslər tərəfindən yazılan bir neçə cümləlik məktub böyük mənəvi dəstək olacaq”.

Hər həftə 5 nəfər siyasi məhbus üçün məktub yazılacaq.

"Bu həftə məktublarınızı araşdırmaçı-jurnalist Xədicə İsmayıla, Müsavat başqanının müavini Tofiq Yaqubluya, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətiin üzvü Seymur Həziyə, ilahiyyatçı Tale Bağırzadəyə və Nida Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundova yaza bilərsiniz”, deyə NİDA bildirir. 

.

contact.az

.

Maybe you are interested in:

16 senator Əliyevə məktub yazdı: "Siyasi motivli həbslər..."

Ledi Qaqa qonorarını Azərbaycanda siyasi məhbusların ailələrinə verməyə çağrılıb

Müsavat Partiyasının təşəbbüsü ilə “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aclıq aksiyası başlayıb

Azərbaycanda 80 nəfər siyasi məhbus var

Partiyalar X.İsmayılın həbsinə etiraz edirlər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz