Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Partiyalar X.İsmayılın həbsinə etiraz edirlər

 

Müsavat, Xalq Cəbhəsi və Ümid partiyaları tanınmış araşdırmaçı-jurnalist Xədicə İsmayılın həbsinə etiraz olan bəyanatlar yayıblar.

Müsavat Partiyasının bəyanatında xatırladılır ki, X.İsmayıl öncə 2014-cü ilin əvvəlində "facebook” səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olması ehtimal edilən hansısa materialı yaymaqda ittiham olunub. Sənəddə PA-nın rəhbəri Ramiz Mehdiyevin "İkili dünya standartları nizamı və müasir Azərbaycan” adlı son yazısından sonra X.İsmayıla qarşı kimisə özünü öldürmək həddinə çatdırmaq ittihamı elan olunmasına diqqət çəkilir. Müəlliflər ittihamı uydurma sayaraq, bunu "ölkənin qanunlarla yox, tapşırıqlarla idarə olunması” kimi dəyərləndirir.

Müəlliflərə görə, X.İsmayıl hər-hansı cinayət əməlinə görə yox, hakim ailənin biznes əlaqələrini araşdırdığına görə həbs olunub.

Sənəd müəllifləri bu həbsi həm də hakimiyyətin azad sözə dözümsüzlüyü sayaraq, X.İsmayılın azad olunmasını tələb edirlər.  

Xalq Cəbhəsi Partiyası X.İsmayılın həbsini "şərləməklə həbs” adlandırır. Sənəddə X.İsmayıla qarşı kimisə özünü öldürmək həddinə çatdırmaq ittihamı "qurama” adlandırılır. Bu həbs həm də dövlət başçısı İlham Əliyevin "Naxçıvan standartları”nı bütün Azərbaycana tətbiq etmək israrı kimi dəyərləndirilir. Sənəddə rəsmi Bakının X.İsmayıla düşmən kəsildiyi və buna səbəb kimi X.İsmayılın hakim ailə ilə bağlı bir sıra korrupsiya araşdırmaları göstərilir. "Rejim bu günə qədər X.İsmayılın ortaya çıxardığı korrupsiya faktlarını təkzib edə bilməyib, əvəzində özünü həbs edib ki, bu da qisas almaq və cəmiyyəti susdurmaq səylərini davam etdirməkdir”, deyə sənəddə qeyd edilir.  

Müəlliflər sonuna qədər X.İsmayılı da, digər siyasi məhbusları da müdafiə edəcəklərini bəyan edirlər.

Ümid Partiyası X.İsmayılın həbsindən təəssüflənir, bu həbsi azad sözə, müstəqil fikrə basqı sayaraq, iqtidarı bu kampaniyaya son qoymağa çağırır.

Müəlliflərə görə, bu həbs KİV azadlığına ciddi zərbə vurmaqla yanaşı, müstəqil fikirli insanları qorxutmaq məqsədi güdür.

"Hakimiyyət bu həbsləri dərhal durdurmalı, həbs edilən vətəndaş cəmiyyəti təmsilçilərini, mətbuat işçilərini, siyasi məhbus hesab edilən şəxsləri dərhal, qeyri-şərtsiz azad etməlidir”, deyə müəlliflər bəyan edirlər. 

.

contact.az

.

Maybe you are interested in:

Xədicə İsmayılova: “Azadlıq”ı dəstəkləyək!

Xədicə İsmayıl ilk dəfə ailə üzvləri ilə görüşüb

Milli Şura Şahvələd Çobanoğluna təqibləri pisləyir

KXCP sədri Elman Həsənlinin hərəkətini qətiyyətlə pislədiyini bildirir

Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın həbsini kəskin şəkildə pisləyiblər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz