Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Milli Şura Şahvələd Çobanoğluna təqibləri pisləyir

 

Milli Şura tanınmış jurnalst Şahvələd Çobanoğlunun təqiblərə məruz qalmasını pisləyən bəyanat yayıb.

Bütünlükdə son vaxtlar jurnalistlərin, ictimai fəalların təqib edilmələri və saxta ittihamlarla həbs olunmaları pislənilir, tanınmış jurnalist Şahvələd Çobanoğlunun son vaxtlar belə təqiblərə məruz qalanlardan biri olduğu vurğulanır.  

Ş.Çobanoğlunun Milli Şuranın rəhbər heyətinə daxil olduğu, qurumun 8 üzvünün, o cümlədən  Koordinasiya Mərkəzində təmsil olunan Leyla Yunusun həbsdə olduğu bildirilir. Ş.Çobanoğluna olan təqiblər  Milli Şuraya qarşı başlamış təqib dalğasının davam etməsi kimi dəyərləndirilir.  

İctimai fəalların başlıca ittiham maddəsinə dönən vergidən yayınmanın Ş.Çobanoğlunun da başı üzərini aldığı xatırladılır. Digərlərindən fərqli olaraq Ş.Çobanoğlunun son 7 ildəki vergi fəaliyyətini məhkəmə hökmü  ilə yoxlamağa qərar verilib. Ona görə ki, ölkə qanunvericiliyi ilə vergi ödəyicisinin yalnız son 3 ildəki fəaliyyəti yoxlanıla bilər. İlkin baxış zamanı Ş.Çobanoğlunun son 3 ildəki fəaliyyətində bir şey aşkarlanmayıb. Ona görə də hüquq-mühafizə orqanları Ş.Cobanoğluna münasibətdə məhkəmə qərarı ilə vergi "zülmü” həyata keçirib.  

Ölkə hakimiyyəti son illərdə o qədər "humanistləşib” ki, sözün tam mənasında iti xəncər əvəzinə, pambıqla baş kəsir. L.Yunus, Anar Məmmədli, İntiqam Əliyev, Rəsul Cəfərov, Bəşir Süleymanlı və digərləri  hazırda "gizli polis” funksiyasını yerinə yetirən Vergi Nazirliyinin ittihamları əsasında mühakimə olunub və olunmaqdadır. Hətta "intihar həddinə çatdırmaq” ittihamından sonra jurnalist Xədicə İsmayıla vergidən "yayınma” ittihamı irəli sürülüb. İndi də Ş.Çobanoğlu ittihamla təhdid edilir. Müasir dünya tendensiyası vergidən yayınma varsa onu ödətdirir, mənimsəmə varsa, onu həmin vəsaiti mənimsənilən yerə qaytartdırır.  Buna görə adam tutmurlar.

Bu adamlar hər rüb, hər il vergi hesabatları veriblər. Yayınma halları vardısa uyğun orqanlar vaxtında xəbərdarlıq  etməli idilər. Bunlar hamısı bəhanədir və Ş.Çobanoğlu vergidən yayınmaya görə yox, "Fərgli düşüncə” dərgisin buraxaraq ölkədə azad düşüncə yaratmaq səyinə görə təqib edilir. Ş. Çobanoğlunun vergi ittihamına cəlb olunması da bu səylərlə bağlıdır.

Milli Şura sözü, qələmi və intellekti ilə millətə xidmət edən şəxslərin təqib edilməsini, onların vergi orqanlarının əli ilə cəzalandırılmasını pisləyir.Ş.Çobanoğlunun təqib edilməsini Milli Şuraya qarşı repressiyaların növbəti dalğası kimi qiymətləndirir.

.

contact.az

.

Maybe you are interested in:

İctimai fəallar, potensial “xuliqan”-lar…

Azərbaycan hökuməti Avropa Məhkəməsində insan haqları üzrə növbəti işi uduzub

Milli Şura mayın 17- nə mitinq təyin etdi

Milli Şura 15 marta mitinq təyin etdi

IGPA: Xədicə İsmayılovaya qarşı təqiblərə son qoyulsun

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz