Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan hökuməti Avropa Məhkəməsində insan haqları üzrə növbəti işi uduzub

 

İyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsi "Mehdiyev Azərbaycana qarşı” işi üzrə qərar çıxarıb.

Məhkəmə Həkimeldostu Mehdiyevin hüquqlarının pozulduğunu, ona qarşı pis rəftarı, Naxçıvanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən jurnalist fəaliyyətinə görə azadlıqdan məhrum edildiyini təsdiq edib.

Mehdiyevin təqib olunmasına səbəb onun 2007-ci ildə vətəndaşların hüquqlarının pozulması haqqında nəşrləri olub. Bundan sonra o, MTN-in yerli şöbəsinə çağırılıb, burada dəyənəklə döyülüb, jurnalist fəaliyyətinə son qoyulması tələb olunub. Bundan sonra o, məhkəməyə aparılıb və polisə müqavimətə görə 15 günlük həbs cəzası verilib. Həbsdə ona nə yemək, nə su verilib, 4 gün sonra isə izahatsız sərbəst buraxılıb.

Hakimiyyət hələ də Mehdiyevin həbsi faktını təsdiq etməyib.

Avropa Məhkəməsi Azərbaycan hökumətinin Mehdiyevə təzminat olaraq 10 min avro və məhkəmə xərcləri və digər xərclər üçün 4 min avro ödəməli olduğu haqqında qərar qəbul edib.

.

contact.az

.

Maybe you are interested in:

Avropa Şurasının baş katibi Azərbaycan üzrə araşdırmaya başlayır

Avropa Məhkəməsinin qərarına əsasən mitinqdə iştiraka görə həbs olunan şəxs 18 min avro həcmində kompensasiya alacaq

AİHM Azərbaycan vətəndaşlarının xeyrinə 9 qərar çıxarıb

Amnesty İnternational İlqar Məmmədovun dərhal azad edilməsini tələb edib

Avropa İnsan Hüquqları Məhkəməsi Üzeyir Cəfərovun xeyrinə qərar çıxarıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz