Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Avropa Məhkəməsinin qərarına əsasən mitinqdə iştiraka görə həbs olunan şəxs 18 min avro həcmində kompensasiya alacaq

 

Oktyabrın 15-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan olan iki şikayət üzrə qərar qəbul edib.

Vəkil Əsabəli Mustafayev bildirib ki, birinci qərar əmlak hüquqlarının pozulmasına aiddir. İkincisi vətəndaş Qafqaz Məmmədovun Bakıda keçirilən icazəsiz mitinqdə iştiraka görə 5 sutka həbsi barədədir.

Avropa Şurasının qərarına görə, Q.Məmmədovun işində Avropa İnsan Haqları Məhkəməsinin azadlıq hüququ, ədalətli araşdırma, vəkillə təmin olunma və toplaşma azadlığı ilə bağlı 5, 6.1,  6.3 və 11-ci maddələri pozulub.

Vəkil bildirib ki, Azərbaycan hakimiyyəti Q.Məmmədova 18050 avro məbləğində kompensasiya ödəməlidir.

Qeyd edək ki, Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərin sayı yüzlərlədir.  Şikayətlərin əksəriyyəti vətəndaşların hüquq və azadlıqlarının pozulması ilə bağlıdır.

.

www.contact.az

.

Maybe you are interested in:

2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib

Avropa Məhkməsi Müsavat başqanının müavininin azadlıq hüququnun pozulduğunu tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməsi Üzeyir Cəfərovun xeyrinə qərar çıxarıb

Avropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədovu dərhal azad etməyə çağırır

Avropa Məhkəməsi: İlqar Məmmədov azad edilməlidir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz