AİHM Azərbaycan vətəndaşlarının xeyrinə 9 qərar çıxarıb
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 17-də Azərbaycana qarşı əmlak məsələləri üzrə iddiaçıların xeyrinə çıxarılmış qərarların icra edilməməsi haqqında şikayətlər üzrə 9 işə baxılmasının nəticələri haqqında qərarları dərc edib.
Tərəflərin barışıq əldə etməsini nəzərə alaraq, AİHM bu işləri baxılacaq işlər siyahısından çıxarıb. Bunun nəticəsi olaraq, məhkəmədə maraqlarını Sumqayıtlı vəkil Ruslan Mustafazadə təmsil edən Miryusif Ağalarov, Fazil Əliyev, Rasim Hacıyev, Ələmdar Həsənov, Kərim Qurbanov, Ərsalam Hüseynov, Rafiq Dövlətov, Rafiq Nemətov, Tahir Rüstəmov mənəvi təzminat kimi 3000 avro və çəkilmiş xərclərə görə 400 avro alacaqlar. Eyni zamanda, iddiaçılar bu məsələ üzrə dövlətə qarşı iddialarını geri götürüblər.
Azərbaycan hüquq müdafiə mərkəzi qeyd edir ki, 2015-ci ildə Azərbaycana qarşı işlər üzrə artıq 12 barışıq sazişi qəbul edilib ki, bu da qəbul edilən qərarların yarısından çoxunu təşkil edib.
Tərəflərin barışıq sazişi institutu Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının 39-cu maddəsində nəzərdə tutulub və hakimiyyətin ərizəçilərə qarşı yol verdiyi hüquq pozuntularının düzəldilməsi üzrə bəzi addımları müqabilində işə baxılmasının ləğvini nəzərdə tutur.
.
Maybe you are interested in:
2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib