Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan XİN Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını alqışlayır

 

Azərbaycan XİN Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) "Çıraqov və digərləri Azərbaycana qarşı” işi üzrə qərarı ilə bağlı bəyanatla çıxış edib.

AİHM "Ermənistanın Azərbaycan ərazilərinin qanunsuz işğalına və bu ərazilərdə hərbi iştirakına görə öz məsuliyyətini daim inkar etməsinə faktiki olaraq son qoydu”, - bəyanatda deyilir

Azərbaycan XİN diqqəti ona yönəldib ki, AİHM-in qərarında deyilir ki, "müharibə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsinə çağırışlardan başlayıb”.

Burada Ermənistan SSR Ali Şurasının və Dağlıq Qarabağ Muxtar Vilayətinin 1989-cu ilin dekabrında qəbul olunmuş "birləşmə” haqqında birgə qərarına əsaslanır. 

AİHM köçkün şəxslərin öz evlərinə və ya adətən yaşadıqları yerlərə qayıtmaq hüququnu təsdiqləyib və mənzil və əmlak restitusiyasına dair hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq prinsiplərini və müvafiq standartları xatırladıb.

Məhkəmənin qərarına görə, bu gün praktikada azərbaycanlıların indiki şəraitdə öz  evlərinə qayıtması real deyil.

AİHM Ermənistanın ərizəçilərə kompensasiya verməkdən imtina etməsini əsassız sayıb.

Azərbaycan XİN hesab edir ki, AİHM-in qərarından belə çıxır ki, Ermənistan beynəlxalq hüquq normalarının pozulması və pozulmaqda davam etməsinə görə tam məsuliyyət daşıyır.

"Münaqişənin həlli yalnız Azərbaycanın suverenliyi və ərazi  bütövlüyü əsasında mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar predmeti olmayıb və olmayacaq. Azərbaycan münaqişənin bu əsaslarla tənzimlənməsi prosesinə sadiq qalır. Ermənistan bu reallığı nə qədər tez başa düşərsə münaqişə o qədər tez həllini tapar, ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar”, - Azərbaycan XİN-in məlumatında deyilir.

.

contact.az

.

Maybe you are interested in:

Avropa İnsan Hüquqları Məhkəməsi Hilal Məmmədovun hüquqlarının pozulduğunu tanıyıb

2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib

Avropa Məhkəməsi: erməni “soyqırımını” inkar etmək olar

AİHM Azərbaycan vətəndaşlarının xeyrinə 9 qərar çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi Üzeyir Cəfərovun xeyrinə qərar çıxarıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz